PKK polis idarəsini atəşə tutub, bir hərbçi həlak olub
PKK Türkiyənin Şanlıurfa bölgəsində polis idarəsini atəşə tutub. APA TV-nin Türkiyə saytlarına istinadən məlumatına görə, baş verən atışmada bir hərbçi ağır yaralanıb.
5 Oktyabr 2016 11:55 DünyaPKK Türkiyənin Şanlıurfa bölgəsində polis idarəsini atəşə tutub. APA TV-nin Türkiyə saytlarına istinadən məlumatına görə, baş verən atışmada bir hərbçi ağır yaralanıb.
Hadisə Mardin Viranşəhər yolunun Karakuzu qəsəbəsində qeydə alınıb. Terrorçuların hücumu cavab atəşi ilə dəf edilib.
Ağır yaralı olan hərbçi xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkünsüz olub.
Bölgədə antiterror əməliyyatları genişləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31