"Vaşinqtonun Suriya ilə bağlı aydın mövqeyi yoxdur"
ABŞ hökuməti Rusiya ilə əldə olunmuş razılaşmaları icra edə bilməyib, çünki Vaşinqtonun Suriyaya dair aydın, dürüst mövqeyi yoxdur.
5 Oktyabr 2016 11:53 DünyaABŞ hökuməti Rusiya ilə əldə olunmuş razılaşmaları icra edə bilməyib, çünki Vaşinqtonun Suriyaya dair aydın, dürüst mövqeyi yoxdur.
Bunu "RT" telekanalına müsahibəsində Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ağ Ev təhdid xarakterli bəyanatlar səsləndirməməli, danışıqların pozulmasında təqsirli olduğunu etiraf etməlidir.
Zaxarova qeyd edib ki, Vaşinqton Moskvaya öz nöqteyi-nəzərini zorla qəbul etdirməyə və Rusiyanı ABŞ üçün sərfəli istiqamətdə irəliləməyə vadar etməyə çalışır: "Vaşinqton Moskvanın mövqeyini nəzərə almaqdan imtina edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31