Soydaşlarımız Gürcüstanın ictimai-siyasi həyatında fəaldırlar
Oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkiləri böyük əhəmiyyət kəsb edir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva seçkilərdə Gürcüstanda yaşayan azərbaycanlıların aktiv iştirak etməsini məqbul sayıb: “Azərbaycan-Gürcüstan münasibətləri əsrlər boyu dostluq, qardaşlıq, strateji əməkdaşlıq çərçivəsində olub.
5 Oktyabr 2016 12:04 Sosial"Oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkiləri böyük əhəmiyyət kəsb edir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva seçkilərdə Gürcüstanda yaşayan azərbaycanlıların aktiv iştirak etməsini məqbul sayıb: "Azərbaycan-Gürcüstan münasibətləri əsrlər boyu dostluq, qardaşlıq, strateji əməkdaşlıq çərçivəsində olub. Bizim xalqları birləşdirən dəyərlər, istər iqtisadi, istərsə də mədəni əlaqələr bu gün də qorunub saxlanılıb inkişaf etməkdədir. Orada gedən siyasi proseslər bizi də dərindən maraqlandırır, həm də ona görə ki, bizim orada çoxsaylı soydaşlarımız yaşayır. Parlament seçilərində həmyerlilərimizin namizəd olaraq təqdim olunması Gürcüstanda yaşayan soydaşlarımız üçün böyük əhəmiyyət kəsb edir. Vətəndaşların , həmyerlilərimizin səsini parlamentə, hökümətə çatdıracaq azərbaycanlı namizədlər demək olar ki, hər partiyadan təqdim olunub. Bu da sevindirici haldır ki, soydaşlarımız Gürcüstanın ictimai-siyasi həyatında olduqca fəaldırlar". Millət vəkili deyib ki, hakim partiyanın təqdim etdiyi azərbaycanlı namizədlərdən Savalan Mirzəyev və Ruslan Hacıyevin olduqca yüksək mədəniyyətə, potensiala malik gənc soydaşlarımızdır: "Hər ikisini şəxsən tanıyıram, bu günədək fəaliyyətlərini yüksək qiymətləndirirəm. Ruslan Hacıyev qısa müddət ərzində azərbaycanlıların ən sıx yaşadığı Marneuli rayonunda təhsil-resurs mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Bu müddət ərzində azərbaycandilli məktəblərin inkişafı istiqamətində apardığı işlər müsbət nəticə göstərib, bir çox kənd məktəbi əsaslı təmir olunub, yeni məktəblər inşa olunub. Gənclərimizin təhsil səviyyəsi yüksəlməyə doğru gedir. Bunu dövlətin apardığı təhsil siyasəti və yerlərdə aparılan işlərin yüksək nəticəsi kimi qiymətləndirmək olar. Savalan Mirzəyevin də fəaliyyəti olduqca tədqirəlayıqdir, Gürcüstanın baş naziri cənab Georgi Kvirikaşvilinin milli azlıqlar üzrə müşaviri olduğu zaman irəli sürdüyü təşəbbüslər, əhalidə müsbət rəy yaratmaqdadır. Namizəd olduğu Qardabani rayonundan təqdim olunan Savalan bəy uzun müddətdir ki, yüksək vəzifələrdə çalışıb, həmin müddətdə bir sıra önəmli işlər həyata keçirib. Hər iki azərbaycanlı namizəd olduqca yüksək potensiala, savada, mədəniyyətə layiq gənclərimizdir". Qənirə Paşayeva deyib ki, Gürcüstanda dövlət və qeyri dövlət sektorlarında təmsil olunan soydaşlarımızı görmək bizə qürur verir və sevindirir.