Gündəm

Oqtay Əfəndiyevin 90 illik yubileyi qeyd edilib

12 Oktyabr 2016 15:08

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın Tarix İnbstitutunun təşkilatçılığı ilə görkəmıi səfəvişünas alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley toplantısı keçirilib.

General Qulam Yəhya Danişianın 110 illik yubileyi ilə bağlı tədbir keçirilib

12 Oktyabr 2016 15:05

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “21 Azər” hərəkatının rəhbərlərindən biri olan general Qulam Yəhya Danişianın 110 illik yubileyi ilə bağlı tədbir keçirilib. Mərasimi giriş sözü ilə “Mühacir” qəzetinin baş redaktoru, Mətbuat Şurasının icra katibi Rəhim Hüseynzadə açaraq Qulam Yəhya Danişianın xidmətlərindən söz açıb.

Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur

12 Oktyabr 2016 15:01

Mərkəzi Seçki Komissiyasının (MSK) 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri barədə protokolu təsdiq edib. Belə ki, MSK tərəfindən təsdiq edilən protokolda qeyd edilib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz olub.

Ölüm saçan sitrus meyvələri

12 Oktyabr 2016 14:59

Mövsümlə əlaqədar olaraq paytaxtın müxtəlif rayonlarında təşkil edilən kənd təsərrüfatı yarmarkalarında sitrus meyvələrinin həcmi artıb. Məsələ orasındadır ki, satşa çıxarılan sitrus meyvələri xüsusi piştaxtalarda deyil, elə tozlu-torpaqlı ərazilərdə yerləşdirilir.

Sənədli filmlərimiz Rusiyanın beynəlxalq film festivalında

12 Oktyabr 2016 14:56

Sənədli filmlərimiz 27-ci “Rossiya” açıq sənədli filmlər festivalının xüsusi proqramında nümayiş olunacaq. Bu barədə məlumat “OLAYLAR”-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, festival 11-15 oktyabr tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. 13 oktyabr tarixində Xamiz Muradovun “Fransa qəhrəmanı” (1975), Teymur Bəkirzadənin “Dissonans” (1978), Nicat Bəkirzadənin “Polad adalar” (1985), Zaur Məhərrəmovun “Köç” (1983), Yavər Rzayevin “Gözümün işiğı və ya qəribə heykəltaraş ömrü” (2014) və Tofiq Şahverdiyevin “Lahıc” (2014) sənədli filmləri nümayiş olunacaq.

SOCAR keçən ay dövlət büdcəsinə 120 milyon manat ödəyib

12 Oktyabr 2016 14:54

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin sentyabr ayında dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödənilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 24 milyon 827 min manat vəsait ödənilib.

Deputatımız Monteneqronda keçiriləcək parlament seçkilərini izləyəcək

12 Oktyabr 2016 14:53

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev oktyabrın 12-dən 18-dək Monteneqronun Podqoritsa şəhərində səfərdə olacaq, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcəkdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addım

12 Oktyabr 2016 14:52

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərə  və ya ailə üzvlərinə Azərbaycan Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə 2,2 dəfə artırılıb.

BP ilə əməkdaşlıq məsələləri müzakirə edilib

12 Oktyabr 2016 14:48

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev BP şirkətinin logistika və infrastruktur məsələləri üzrə vitse-prezidenti Con Milnlə görüşüb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, sədr Rauf Vəliyev müstəqilliyinin 25 illiyini qeyd etməyə hazırlaşan cavan respublikamızda son illər həyata keçirilən nəhəng nəqliyyat layihələri, dövlət başçısı cənab İlham Əliyevin Gəmiçiliyin inkişafına, donanmalarının ən müasir gəmilərlə zənginləşməsinə göstərdiyi daimi diqqət və qayğısını vurğulayıb, regionda ən böyük Bakı Gəmiqayırma Zavodunda Gəmiçiliyin sifarişi ilə inşa olunan və tikintisi planlaşdırılan gəmilər barədə qonağa ətraflı məlumat verib. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində aparılan köklü islahatlar, Gəmiçiliyin beynəlxalq şirkətə çevrilməsi, Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi üçün görülən əməli işlər və əldə olunan nailiyyətlər də qeyd olunub.

Müdafiə naziri səhra hospitalında

12 Oktyabr 2016 14:47

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilib ki, ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan Müdafiə naziri müvafiq tapşırıqlarını verib.

Əcnəbilərin sayı artdı

12 Oktyabr 2016 14:45

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi ölkəmizdə işləyən, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən  əcnəbilərin də fərdi şəxsi hesaba malik olmalarına imkan yaradır.

Binəli Yıldırım: Terrorçulara Türkiyədə dinclik olmayacaq

12 Oktyabr 2016 14:40

Terrorçulara və onları dəstəkləyənlərə Türkiyədə dinclik olmayacaq. Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu fikri Türkiyənin Baş naziri Binəli Yıldırım səsləndirib.

Rusiya Azərbaycandan 18 ton almanı qəbul etmədi

12 Oktyabr 2016 14:35

Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ölkəyə Azərbaycandan 18 ton almanın idxalının qarşısını alıb.

Klintonun prezident seçilməsi Yaxın Şərqdə vəziyyəti gərginləşdirəcək

12 Oktyabr 2016 14:32

ABŞ-da prezidentliyə namizəd xanım Hillari Klintonun Suriyada PYD və YPG-ni silahlandırmasını qeyd etməsi və Suriyada kürdləri yaxın müttəfiq adlandırması Vaşinqtonun Yaxın Şərqdə artıq Türkiyə ilə müttəfiqliyinə son verməsi anlamına gəlir.

Gənclərdən yeni layihə

12 Oktyabr 2016 14:31

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “Bu-Ta”-nıtım lahiyəsi keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, layihədə Bakı şəhərində gənc rəssamların əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulub. Layihə çərçivəsində təşkil olunacaq sərgidə rəssamalara qönçə, badamabənzər naxış növü olan – Buta qədim ornamentinə marağı artırmaqla, rəssamlara onun haqqında araşdırma aparmaqları təklif olunur. Sərgidə iştirak etmək istəyən şəxslər [email protected] ünvanına istənilən texnikada və ölçüdə bu mövzuya aid olan işlərin keyfiyyətli fotolarını 17.10.2016 tarixinədək göndərmələri xahiş olunur.