General Qulam Yəhya Danişianın 110 illik yubileyi ilə bağlı tədbir keçirilib

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “21 Azər” hərəkatının rəhbərlərindən biri olan general Qulam Yəhya Danişianın 110 illik yubileyi ilə bağlı tədbir keçirilib. Mərasimi giriş sözü ilə “Mühacir” qəzetinin baş redaktoru, Mətbuat Şurasının icra katibi Rəhim Hüseynzadə açaraq Qulam Yəhya Danişianın xidmətlərindən söz açıb.

"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin təşkilatçılığı ilə "21 Azər" hərəkatının rəhbərlərindən biri olan general Qulam Yəhya Danişianın 110 illik yubileyi ilə bağlı tədbir keçirilib. Mərasimi giriş sözü ilə "Mühacir" qəzetinin baş redaktoru, Mətbuat Şurasının icra katibi Rəhim Hüseynzadə açaraq Qulam Yəhya Danişianın xidmətlərindən söz açıb. O, bildirib ki, Azərbaycan Demokratik Firqəsinin və mühacir təşkilatın yaranmasında, inkişafında, varlığının qorunub saxlanılmasında Qulam Yəhya Danişianın xüsusi rolu var: "General Qulam Yəhya Danişianın rahatlığı olmayıb, hər zaman işləyib. İşgənclərlə üzləşib, məşəqqətlərə dözüb. O, sözün həqiqi mənasında böyük ürək sahibi olub". Qeyd edək ki, 1906-cı ildə Cənubi Azərbaycanın Sərab vilayətində doğulub. Bu ərazidə sosial vəziyyət ağır olduğundan bir sıra həmyerliləri kimi Qulam Yəhya da 1918-ci ildə Şimali Azərbaycana üz tutub. Bir müddətdən sonra Sovet Hakimiyyəti İran pasportu olanların sürgününə başlayanda onu da ailəsi ilə birgə geri göndərir. İkinci Dünya Müharibısindən sonra yenidən Azərbaycana qayıdır. Cənubi Azərbaycanda başlayan milli hərəkatın nəticəsi olaraq Azərbaycan Demokratik Firqəsini yaradır. Eyni zamanda, "Fərai" təşkilatının yaradılmasında böyük rol oynayır. Bu təşkilatların köməyi ilə Cənubi Azərbaycanda milli dildə nəşrlər çap edilir, radio işə salınır. Buna dözməyən İran şahı Məhəmməd Rza xarici havadarlarının köməyi ilə Milli Hökuməti dağıdır. Qərara alınır ki, Azərbaycan Demokratik Firqəsinin fədailəri Şimali Azərbaycana keçsin. O, general rütbəsinə qədər yüksəlir, Şimali Azərbaycanda isə bir necə institut bitirir. 1958-ci ildə ömrünün sonuna qədər Azərbaycan Demokratik Firqəsinin sədri olur. 

Daha sonra mərasimdə söz alan Azərbaycan Tibb Universitetinin müəllimi, İranlı Mühacirlər Cəmiyyəti İdarə Heyətinin üzvü Adilə Çernikbülənd Qulam Yəhya Danişianın fədakar insan olduğunu diqqətə çatdırıb: "Qulam Yəhya istər inqilab ərəfəsində, istərsə də Milli Hökumətin yaranmasında fədakarlıq göstərib. Q. Yəhyanın apardığı elə mötəbər tədbir olmazdı ki, qadınlardan, onlara qayğıdan, cəmiyyətdəki rolunun, aktivliyinin artırılmasından söhbət açılmasın. O, özü yenilməzlik rəmzi idi. İntellektual, hazırcavab insan olub. Ətrafındakı hər bir insana köməklik edib". Onun sözlərinə görə, Qulam Yəhya istər inqlab ərəfəsində, istərsə də Milli Hökumətin hakimiyyətdə olduğu bir ildə demək olar ki, at belindən düşmədi: "Mühasirət günlərində də rahat günləri çox deyildi. Dörd övladını böyüdən həyat yoldaşı hansısa qayğılarından bəhs etməklə onun diqqətinin şaxələnməsinə qətiyyən yol verməyib. 
Tədbirin davamında Qulam Yəhya Danişianın oğlu Bəhrəm Danişiana diplom və mükafatlar təqdim olunub. 
 
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31