Müdafiə naziri səhra hospitalında

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilib ki, ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan Müdafiə naziri müvafiq tapşırıqlarını verib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilib ki, ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan Müdafiə naziri müvafiq tapşırıqlarını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31