Klintonun prezident seçilməsi Yaxın Şərqdə vəziyyəti gərginləşdirəcək
ABŞ-da prezidentliyə namizəd xanım Hillari Klintonun Suriyada PYD və YPG-ni silahlandırmasını qeyd etməsi və Suriyada kürdləri yaxın müttəfiq adlandırması Vaşinqtonun Yaxın Şərqdə artıq Türkiyə ilə müttəfiqliyinə son verməsi anlamına gəlir.
12 Oktyabr 2016 14:32 DünyaABŞ-da prezidentliyə namizəd xanım Hillari Klintonun Suriyada PYD və YPG-ni silahlandırmasını qeyd etməsi və Suriyada kürdləri yaxın müttəfiq adlandırması Vaşinqtonun Yaxın Şərqdə artıq Türkiyə ilə müttəfiqliyinə son verməsi anlamına gəlir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ABŞ Türkiyənin israrlı tələblərinə baxmayaraq hazırda Suriyada terrorçu PKK-nın Suriya qolu olan PYD və YPG-yə lojistik dəstək verməsi, Kobanidə hərbi baza yaratması, onu deməyə əsas verir ki,Yaxın Şərqdə Türkiyəsiz hərəkət edəcək: "Türkiyənin Şimali Suriyaya hərbi müdaxiləsi hələlik ABŞ -ın kürd muxtariyyətinin yaratmasını əngəlləyib. Həmçinin, Suriyada Rusiya iləTürkiyənin müəyyən razılaşması kürdlərin bu arzusunun reallaşdırmasına əngəl olub. ABŞ kürdləri silahlandırmaqla,muxtariyyətə gedəcək siyasət aparmaqdadır. Qeyd edim ki, Klinton prezident seçilərsə, Suriyayada xüsusilə Yaxın Şərqdə vəziyyət gərginləşəcək. Əsədi devirəcək və Suriyada kürd muxtariyyəti elan etməklə,Türkiyə ilə əlaqləri korlayacaq". Politoloq hesab edir ki, Türkiyə-Rusiya yaxınlaşması ABŞ-ın Suriyada Türkiyə əleyhinə açıq siyasət aparması ilə nəticələnəcək: "Artıq,ABŞ və Türkiyə müttəfiqliyində soyuq münasibətlər yaşanmaqdadır. Klinton ABŞ Türkiyə müttəfiqliyinə son verecək. Klintonun kürdlər barədə açıqlaması, regionda daha da ciddi təhlükəsizlik problemlərinə yol açmaqdadır. Klintonunun prezidentliyi Mərkəzi Asiyada da sabitsizliyə yol açacaq. İŞİD hazırda Tacikistanla Əfqanistan sərhəddində cəmləşib. Rusiyanı Yaxın Şərdən çıxarmaq üçün problemləri Mərkəzi Asiyaya daşıyacaq. Yeni münaqişə ocaqları artmaqda davam edəcək".