Gündəm
İlyaz Məmmədova Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev İ.Ə.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
9 ayda 6088 müəssisə yaradılıb
2016-cı ilin yanvar-sentyabr aylarında ölkədə 6088 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılmış və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 33,3 faiz artmışdır.
“Ümumdünya kosmos həftəsi” qeyd olunub
“Ümumdünya kosmos həftəsi” çərçivəsində “Tusi-Bohm” Planetariumunda məktəblilər arasında maarifləndirmə aksiyası keçirilib.
Millət vəkili: "Azərbaycanın futbol azərkeşlərinin arzuları həyata keçəcək"- AÇIQLAMA
"Futbol üzrə DÇ-2018-in seçmə mərhələsində Azərbaycan milli komandasının uğurlu çıxışı bütün futbol sevənlərə, ümumilikdə Azərbaycan xalqına böyük sevinc hissləri bəxş edir. Millimiz hazırda 7 xalla öz qrupunda 2-ci pillədə yer alır. Bu vaxta kimi milli komandamız 3 oyunda 7 xal toplaya bilməmişdi". Bunu SİA-ya açıqlamasında millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti Rauf Əliyev deyib.
Lənkəranda zona toplantısı keçirilib
Lənkəran şəhərində “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda zona toplantısı keçirilib.
“Bakı Metropoliteni”i əməkdaşlıq memorandumu imzaladı
Oktyabrın 12-si “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, memorandumun məqsədi ailə, qadın və uşaq problemlərinin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi üzrə sosial yönümlü birgə layihələrin həyata keçirilməsidir.
Paytaxtda 28 dilənçi saxlanıb
Paytaxtın Suraxanı rayonu ərazisində dilənçiliklə məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 28 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbir görülüb.
Prezident İlham Əliyev bir neçə nəfərə fəxri ad, orden və medal verdi - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Şəmkir sakinindən narkotik vasitə götürülüb
Şəmkir sakininin həyətyanı sahsində narkotik vasitə aşkar edilıib. DİN-dən verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səyyad Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 2 ədəd çətənə kolu və 2 kiloqram 975 qram marixuana aşkar edilərək götürülüb.
Region gəncləri vətənpərvər ruhda tərbiyə olunur
Azərbaycan iyirmi ildən artıqdır ki, müharibə şəraitində olduğundan ölkə gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsi başlıca amilə çevrilib. Xüsusilə, cəbhə xəttində yaşayan gənclərə bu hisslərin aşılanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu mənada sərhədyanı rayonların yerli icra hakimiyyətlərinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində gördüyü işlər təqdir olunmalıdır. Qeyd edilən istiqamətdə Qazax Rayon İcra Hakimiyyəti də zaman-zaman silsilə tədbirlər keçirir.
Deputat: “Vallah, adamın nüfuzu aşağı düşür, heç nə edə bilmirik”
“Son 10 ildə komitəyə eyni problemlərlə bağlı 10-15 dəfə yazan adam görmüşəm. Vallah, adamın nüfuzu aşağı düşür, heç nə edə bilmirik. Belə hallar bizi çox incidir”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitənin sədr müavini, millət vəkili Yevda Abramov deyib.
Qasırğa 50 mindən çox insanı elektriksiz qoyub
Kanadada "Metyu" qasırğası 50 mindən çox insanı elektriksiz qoyub. "RİA Novosti"-nin verdiyi məlumata görə, buna səbəb "Metyu" qasırğasının gətirdiyi güclü yağışlar və küləklər olub.
Rektor Prezident təqaüdçüləri ilə görüşüb
Bakı Ali Neft Məktəbində bu tədris ilində yüksək nəticə göstərərək Ali Məktəbə qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov Prezident təqaüdünə layiq görülən tələbələrə nailiyyətlərinin davamlı olmasını arzulayıb, Ali Məktəbin hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında dəstək verdiyini bildirib. O, tələbələrə müvəffəqiyyət arzulamış, daim bilik, bacarıq və fəallıqları ilə seçilmələrini tövsiyə edib. Xatırladaq ki, 2016/2017-ci tədris ilində Azərbaycan universitetlərinin reytinq cədvəlində birinci olan BANM-ə qəbul olan tələbələrin 17 nəfəri 685-700 bal toplayaraq, Prezident təqaüdünə layiq görülüb.
Bakıda Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçirilir
Oktyabrın 12-də Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası işə başlayıb. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, iclasda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev çıxış ediblər. Sonra Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Şuranın 2017-ci il üçün sədri seçilib. A.Qorovoy çıxışında gündəlikdə duran məsələlər barədə məlumat verib. Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arif Rəhimzadə çıxış ediblər.
Bakı Forumu: tarixi, geosiyasi və mədəni aspektlərdən baxış
V Bakı Beynəlxalq Humanitar Forumu dünya miqyasında böyük marağa səbəb oldu. Bu, tədbir yekunlaşandan sonra onun barəsində ifadə edilən fikirlərdən aydın görünür.













.jpg)
