Rektor Prezident təqaüdçüləri ilə görüşüb
Bakı Ali Neft Məktəbində bu tədris ilində yüksək nəticə göstərərək Ali Məktəbə qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov Prezident təqaüdünə layiq görülən tələbələrə nailiyyətlərinin davamlı olmasını arzulayıb, Ali Məktəbin hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında dəstək verdiyini bildirib. O, tələbələrə müvəffəqiyyət arzulamış, daim bilik, bacarıq və fəallıqları ilə seçilmələrini tövsiyə edib. Xatırladaq ki, 2016/2017-ci tədris ilində Azərbaycan universitetlərinin reytinq cədvəlində birinci olan BANM-ə qəbul olan tələbələrin 17 nəfəri 685-700 bal toplayaraq, Prezident təqaüdünə layiq görülüb.
12 Oktyabr 2016 15:56 SosialBakı Ali Neft Məktəbində bu tədris ilində yüksək nəticə göstərərək Ali Məktəbə qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov Prezident təqaüdünə layiq görülən tələbələrə nailiyyətlərinin davamlı olmasını arzulayıb, Ali Məktəbin hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında dəstək verdiyini bildirib. O, tələbələrə müvəffəqiyyət arzulamış, daim bilik, bacarıq və fəallıqları ilə seçilmələrini tövsiyə edib. Xatırladaq ki, 2016/2017-ci tədris ilində Azərbaycan universitetlərinin reytinq cədvəlində birinci olan BANM-ə qəbul olan tələbələrin 17 nəfəri 685-700 bal toplayaraq, Prezident təqaüdünə layiq görülüb.