9 ayda 6088 müəssisə yaradılıb

2016-cı ilin yanvar-sentyabr aylarında ölkədə 6088 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılmış və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 33,3 faiz artmışdır.

2016-cı ilin yanvar-sentyabr aylarında ölkədə 6088 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılmış və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 33,3 faiz artmışdır. Statistika komitəsindən verilən məlumata görə, yeni müəssisə və təşkilatların 63,3 faizi Bakıda, 11,2 faizi Aran, 7,6 faizi Abşeron, 4,8 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax, 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir. Bundan əlavə, 2016-cı ilin yanvar-sentyabr aylarında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 83094 fiziki şəxs qeydiyyatdan keçmiş və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artmışdır. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31