Gündəm
Region gəncləri arasında multikultural dəyərlər təbliğ edilir
“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Region gəncləri arasında multikultural dəyərlərin təbliği” adlı layihənin icrasını davam etdirir.
Azərbaycan bədii filmi beynəlxalq forumda
“Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi “Umut” MDB ölkələrinin gənc film forumunun “Beynəlxalq müsabiqə” proqramına dəvət alıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, forum 28-31 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək.
Qusarda “Multikultural dəyərlərimizi yaşadaq” adlı tədbir keçirilib
Qusar rayon Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlərimizi yaşadaq” adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan xəbərə görə, tədbiri giriş sözü ilə Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov açıb və “Multikulturalizm ili” çərçivəsində rayonda müxtəlif tədbirlərin həyata keçirildiyi qeyd edib.
İRƏLİ-dən yeni layihə
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və "İRƏLİ" İctimai Birliyinin dəstəyi ilə "Həftəsonu Bakı" layihəsinə start veriləcək. İctimai Bilikdən “OLAYLAR”-a verilən məlumata görə, "Həftəsonu Bakı" layihəsi çərçivəsində gənclərə asudə vaxtı səmərəli keçirməyin yolları aşılanacaq. Müxtəlif sahələrdə istedadları ilə seçilən gənclər təcrübələrini bölüşərək mövcud problemin aradan qaldırılmasına öz tövhələrini verəcək. Layihənin əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini əsas tutaraq gənlərin asudə vaxtlarının səmərəli keçirilməsinə yardım etmək, inkişaf etməkdə olan yeni nəslin daha geniş dünya görüşünə sahib olmasına və gənc istedadların üzə çıxmasına dəstək olmaqdır.
MTRŞ bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmaması barədə məlumatlara münasibət bildirib
Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmaması ilə bağlı iddialara münasibət bildirib.
Türkiyənin hökumət sözçüsü: "Rusiya ilə ABŞ müharibə həddinə gəlib"
"Rusiya ilə ABŞ müharibə edəcək vəziyyətə gəlib". APA-nın “Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib.
Putin: “Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına təsir edir”
“Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına təsir edir. İlk növbədə bu, texnologiyalara çıxışın məhdudlaşdırılmasında özünü göstərir”.
Adalar uğrunda savaş: Uzaq Şərqdə alovlanan münaqişələr
İnsanlar artıq dünyanın müxtəlif regionlarında baş qaldıran intriqalara, terrora, silahlı toqquşmalara və on minlərlə günahsız insanların həlak olmasına alışıb. Bəlkə də bu səbəbdəndir ki, illərdir təhlükəli həddə çatmış Asiya-Sakit okean hövzəsindəki münaqişələrə elə də əhəmiyyət vermirlər. Həyəcan təbili çalan yalnız siyasi liderlər, diplomatlar və jurnalistlərdir.
Suriyada döyüşən Zöhraba 12 il yarım cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Cavid Hüseynov azadlığa buraxıldı
Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayət işi üzrə həbs edilən "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb.
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - SİYAHI
Beynəlxalq İqtisadi Forum dünyanın ən təhlükəsiz ölkələrinin adını açıqlayıb.
Krımda azərbaycanlının qətli ilə bağlı cinayət işinin istintaqı dayandırıldı
Krımda azərbaycanlının erməni tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqı dayandırılıb.
OPEC: Azərbaycan neft hasilatını artıracaq
2016-cı ildə Azərbaycan və Rusiyada neft hasilatı artdığı bir vaxtda, Qazaxıstan və MDB-nin digər ölkələri "qara qızıl" istehsalını azaldacaq. "APA-Economics" xəbər verir ki, bu barədə OPEC-in oktyabr ayı üzrə hesabatında deyilir.
Məhkəmə cinayət işini istintaqa qaytarıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəsoyğunçuluqda təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Tramp Cənubi Qafqazla bağlı hər şeydən uzaqdır"
ABŞ prezidentliyinə namizəd Hillari Klinton beynəlxalq siyasətdə, xüsusilə Xəzər regionunda böyük təcrübəyə malikdir.














