Gündəm

Bu gün FES-in vacib iclası keçiriləcək

12 Oktyabr 2016 18:30

Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabr ayındakı iclasının yekunlarına dair iclası keçiriləcək. 

Nizami Cəfərov Əflatun Amaşovun təklifinə dəstək verdi- AÇIQLAMA!

12 Oktyabr 2016 18:29

“Hesab edirəm ki, xəbər saytlarının maliyyələşməsi bu sahənin inkişafı, formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Mən də tərəfdarıyam ki, xəbər saytları maliyyələşsin. Lakin bu məsələdə kifayət qədər ehtiyatlı olmaq lazımdır ki, dövlətin yardımından məhz əsl peşəkar, ciddiliyi heç bir şübhə doğurmayan xəbər saytları yararlana bilsinlər”.

Taksi sürücülərinə xəbərdarlıq

12 Oktyabr 2016 18:19

Bakı Nəqliyyat Agentliyi taksi sürücülərinə xəbərdarlıq edib. Agentlikdən Trend-ə verilən məlumata görə, "Fərqlənmə nişanı" almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslər barəsində Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən qanunla tədbirlər görüləcək.

Ombudsmanın nümayəndələri Penitensiar Xidmətin Müalicə Müəssisəsinə başçəkmə keçiriblər

12 Oktyabr 2016 18:16

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.

Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərilib

12 Oktyabr 2016 18:10

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərilib.

Rusiya prezidenti: “Minsk razılaşmasının yerinə yetirilməsi üçün Kiyevə təsir etmək lazımdır”

12 Oktyabr 2016 18:07

“Donbas nümayəndələri ilə Kiyev hakimiyyəti arasında birbaşa əlaqə hələ də yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” forumunun plenar iclasında çıxışında bildirib.

Putin: “ABŞ-la münasibətlərin pisləşməsindən narahatıq”

12 Oktyabr 2016 18:05

“Moskva Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahatdır. Rusiya belə nəhəng ölkə ilə dostluq münasibətlərinə malik olmaq istəyərdi”.

Tərtər sakinini qətlə yetirənin 2-si tutulub, 1-i müəyyən edilib

12 Oktyabr 2016 18:03

Sentyabrın 30-da Tərtər rayon sakini Səxavət Musaye döyülərək qətlə yetirilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirlərilə qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Aqil Aslanov və Şaiq Həsənov tutulub, daha 1 nəfər isə müəyyən edilib. Araşdırma aparılır. 

Qobu sakini qətlə yetirilib

12 Oktyabr 2016 18:01

Oktyabrın 12-də Abşeron rayonunun Qobu qəsəbəsindən qəsəbə sakini Rövşən Abbasovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb. DİN-dən verilən məlumata görə, Rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Tural Əlizadə tutulub. Ondan müvafiq sənədləri olan “Vinçester” markalı tüfəng və patron götürülüb.

“Əsgər marşı”na heykəl qoyulsun

12 Oktyabr 2016 18:00

Musiqi insan ruhunun qidasıdı. Bu qida milli-mənəvi dəyərlər üstə köklənəndə, həm də insanı doğulduğu torpağa, havasını udduğu vətənə, suyunu içdiyi məmləkətə bağlayır, onu candan sevməyə sövq edir.

Evdən qızıl aparanlar yaxalanıb

12 Oktyabr 2016 17:59

Sentyabrın 24-də Bakı şəhər sakini Leyla Məmmədovaya məxsus evdən 1150 ABŞ dolları və qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maqda şübhəli bilinən paytaxt sakinləri Vüqar Məmmədov və Ağa-Əli Əliyev tutulublar. 

Soyğunçuluqla məşğul olan şəxs tutulub

12 Oktyabr 2016 17:58

Oktyabrın 11-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Nərgiz Seyidovaya məxsus mobil telefonu soyğunçuluq yolu ilə almışdır. DİN-dən verilən məlumata görə, Baş Mühafizə İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, paytaxt sakini Türkel Seyidov tutulub. 

Zığ və Masazırda sürüşmə aktivləşib

12 Oktyabr 2016 17:53

“Atmosfer çöküntülərinin təsirindən Zığ sürüşmə sahəsində aktivlik qeydə alınıb”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

AMEA nazirliyin xahişinə cavab verdi

12 Oktyabr 2016 17:50

Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyinin təklifinə müsbət cavab verib. APA xəbər verir ki, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Əminağa SadıqovElmi Müəssisələrinin Direktorları Şurasının iclasında bildirib ki, Təhsil Nazirliyi SABAH qruplarında təhsil alan 1600 tələbənin AMEA institutlarında təcrübə keçməsini xahiş edib.

Prezident İlham Əliyev Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzaladı

12 Oktyabr 2016 17:49

Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.