Bu gün FES-in vacib iclası keçiriləcək

Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabr ayındakı iclasının yekunlarına dair iclası keçiriləcək. 

Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabr ayındakı iclasının yekunlarına dair iclası keçiriləcək. 

"Report" xəbər verir ki, iclasda FES-in uçot dərəcəsinin növbəti artımına dair işarə verməsi gözlənilir. 

Xatırladaq ki, sentyabrda keçirilən FES-in son iclasında 10 üzvdən yalnız 3-ü faizlərin artırılmasına qarşı çıxıb. Müxtəlif beynəlxalq maliyyə qurumlarının ortalama proqnozlarına əsasən, hazırda FES-in dekabrda uçot dərəcəsini artırma ehtimalı 67%-ə bərabərdir. İclasın yekun açıqlamasının Bakı saatı ilə 22:00-da veriləcəyi gözlənilir.

"Report"un analitik qrupu bugünkü iclasda faizlərin 2016-cı ilin sonuna qədər artırılmasına dair ciddi siqnalların veriləcəyini ehtimal edir. Açıqlamalardan sonra dolların məzənnəsinin digər valyutalarla müqayisədə möhkəmlənməsi proqnozlaşdırılır. Əsas valyuta cütlüyü hesab edilən USD/EUR məzənnəsinin isə 1,10 səviyyəsindən də aşağı düşəcəyi gözlənilir. Qeyd edək ki, hazırda USD/EUR məzənnəsi 1,1040 səviyyəsində qərarlaşıb. Belə olduğu təqdirdə əmtəə qiymətlərində də azalmanın başlayacağı istisna edilmir. Neft və qızılın qiymətinin kəskin azalması mümkündür. Neftin qiyməti 50 dollar/barel, qızıl isə 1 250 dollar/unsiya həddindən aşağı enə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31