Qusarda “Multikultural dəyərlərimizi yaşadaq” adlı tədbir keçirilib

Qusar rayon Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlərimizi yaşadaq” adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan xəbərə görə, tədbiri giriş sözü ilə Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov açıb və “Multikulturalizm ili” çərçivəsində rayonda müxtəlif tədbirlərin həyata keçirildiyi qeyd edib.

Qusar rayon Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlərimizi yaşadaq" adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan xəbərə görə, tədbiri giriş sözü ilə Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov açıb və "Multikulturalizm ili" çərçivəsində rayonda müxtəlif tədbirlərin həyata keçirildiyi qeyd edib. Rayon MKS-nın direktoru Zahir Mustafayev, tarix-diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova Azərbaycanda multikulturalizmin yaşam tərzi olduğunu qeyd etmiş və multikultural dəyərlərin hər bir Azərbaycan vətəndaşı tərəfindən qorunmasının vacib olduğunu bildirib. Tədbirdən sonra iştirakçılar yerli yazarların əsərlərindən ibarət sərgiyə baxış keçirmiş və Zəminə Bəkərovanın ev-muzeyi eksponatları düzülmüş "Keçmişdən bu günə"adlı guşə ilə tanış olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31