Məhkəmə cinayət işini istintaqa qaytarıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəsoyğunçuluqda təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
12 Oktyabr 2016 16:39 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəsoyğunçuluqda təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Fəhmi Hümbətov ibtidai istintaqda cinayət işinin qərəzli aparıldığını deyib.
O, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını və obyektiv araşdırılmasını istəyib. Prokuror deyib ki, istintaqda təqsirləndirilən şəxsin müdafiə hüququ da pozulub.
Məhkəmə vəsatəti təmin edib. Cinayət işinin baxılmasına xitam verilib və iş baxılması üçün yenidən Bakı Şəhər Prokurorluğuna göndərilib.
Qeyd edək ki, Bakı şəhər sakini Sübhan Quliyev Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da Aytən Əhmədlinin işlədiyi mağazada soyğunçuluq yolu ilə ondan qızıl əşyalar oğurlamaqda təqsirləndirilərək tutulub.