Region gəncləri arasında multikultural dəyərlər təbliğ edilir
“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Region gəncləri arasında multikultural dəyərlərin təbliği” adlı layihənin icrasını davam etdirir.
12 Oktyabr 2016 17:33 Sosial"Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Region gəncləri arasında multikultural dəyərlərin təbliği" adlı layihənin icrasını davam etdirir. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, növbəti tədbir Tovuz şəhərində baş tutub. Tədbirdə yerli QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər. "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, rəhbərlik etdiyi təşkilat 4 ay müddətində Göyçay, Şirvan, Cəlilabad və Tovuz şəhərlərində multikultural dəyərləri təbliğ edəcək. S.Verdizadə layihənin həyata keçirilməsində əsas məqsədin ölkədə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə vermək olduğunu deyib. JAM sədri bildiirb ki, Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları deyil, bütövıükdə dünya üçün yaxşı bir nümunədir. S.Verdizadə gəncləri mənfi tendensiyalara qarşı birgə mübarizə aparmağa və babalarımızdan bizə miras qalan birgəyaşayış modelini gələcək nəsillərə ötürməyə səsləyib. Layihənin eksperti Teyyub Mirqasımov multikultural dəyərlərə bağlı olan cəmiyyətlərin qazandığı uğurlardan danışıb.