Millət vəkili: "Azərbaycanın futbol azərkeşlərinin arzuları həyata keçəcək"- AÇIQLAMA

"Futbol üzrə DÇ-2018-in seçmə mərhələsində Azərbaycan milli komandasının uğurlu çıxışı bütün futbol sevənlərə, ümumilikdə  Azərbaycan xalqına böyük sevinc hissləri bəxş edir. Millimiz hazırda 7 xalla öz qrupunda 2-ci pillədə yer alır. Bu vaxta kimi milli komandamız 3 oyunda 7 xal toplaya bilməmişdi". Bunu SİA-ya açıqlamasında millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti Rauf Əliyev deyib.

O, uğurlu başlanğıc münasibətilə milli komandanın bütün üzvlərini, məşqçi heyətini, AFFA-nın  rəhbərliyini, çox minli futbol azərkeşləri ordusunu  təbrik edib: "İnanıram ki, bu uğurlu başlanğıcın davamı gələcək. Bu uğurun qazanılması möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi, diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrinin uğurlu inkişafının məntiqi nəticəsidir. Artıq dünyada Azərbaycan bir idman ölkəsi kimi tanınır. Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında olimpiyaçılarımızın medalların sayına görə dünya ölkələri arasında 14-cü yeri tutması, Paralimpiyaçılarımızın uğurlu çıxışı deməyə əsas verir ki, Azərbaycan idmanı yüksək inkişaf yolundadır. Futbol üzrə millimiz hazırda tarix yazır və inanıram ki, komandamız qarşısına qoyduğu məqsədinə çatacaq, Azərbaycanın çoxminli futbol azərkeşləri ordusunun da arzuları həyata keçəcək. Bu yolda milli komandamıza növbəti qələbələr qazanmağı arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31