Lənkəranda zona toplantısı keçirilib

Lənkəran şəhərində “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda zona toplantısı keçirilib.

Lənkəran şəhərində "Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik" mövzusunda zona toplantısı keçirilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, nazirliyin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Lənkəran şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov çıxış edərək, zona toplantısının məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Çıxış edən natiqlər mövzuya uyğun olaraq, ənənəvi İşlam dəyərlərinin düzgün təbliğinin aparılmasında gənclərin fəallığından və onların üzərlərinə düşən vəzifələrdən ətraflı danışıblar. Toplantının proqramına uyğun olaraq, iştirakçılar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış "Fitnə" filminə tamaşa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31