Gündəm
Prezident İlham Əliyev: "Terrorçuları "yaxşılara və pislərə" bölmək düzgün deyil"
Terrorçuluğa yalnız bütün dünya ictimaiyyətinin, aparıcı ölkələrin birgə səyləri ilə qalib gəlmək mümkündür.
Komitə 9 ayın yekunlarına dair müşavirə keçirib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin ötən 9 ayında ölkənin iqtisadi potensialının gücləndirilməsinin və uğurlu inkişaf dinamikasının təmin edildiyini bildirib.
Türkiyədə şagirdləri zorlayan müəllimə 297 il həbs
Türkiyənin Ərzurum əyalətinin Yakutiye rayonunda 11 şagirdi cinsi istismara məruz qoyan müəllim 297 il azadlıqdan məhrum edilib.
“TechFall 2016 Hackathon” layihəsinə qeydiyyat başlandı
“Azercell Telekom” MMC və “PAŞA Bank”ın dəstəyi, “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və “WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli “TechFall 2016 Hackathon” layihəsinə başlanılır. Hachathon — proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackathon”da proqramçılar müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərirlər. “Hackhaton”lar mütəmadi olaraq dünyanın bir çox yerində, adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.
ÜGT-nin Bakı şəhərindəki Avropa Regional Ofisinin 5 illik yubileyi qeyd olunub
Oktyabrın 18-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 5 illik yubileyi və ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzinin açılışı münasibətilə mərasim keçirilib.
İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Ekspertləri Alt Komitəsinin iclası keçirilib
Oktyabrın 17-18 tarixlərində Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Ekspertləri Alt Komitəsinin 3-cü iclası keçirilib.
Nazirlikdə Ərdəbil valisi ilə müzakirələr aparılıb
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə nazir Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, imzalanan sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb.
Bakıda ixrac imkanlarına dair konfrans keçiriləcək
Oktyabrın 19-da Bakı Biznes Mərkəzində "Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar" mövzusunda konfrans keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, konfransda dövlət rəsmiləri, ixracatçı şirkətlərin rəhbərləri iştirak edəcək, müzakirələr aparılacaq, ixrac portalının təqdimatı olacaqdır.
Paytaxtın küçələrini su basdı-77 nəfər təxliyə edildi
Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Fövqəladə Hallar Nazirliyi (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayarmovun verdiyi məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. “Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir”.
Kənd kafesində əxlaqsızlıq yuvası aşkar edilib
Xaçmazda əxlaqsızlıq yuvası aşkar edilib. DİN-dəm verilən məılumata görə, oktyabrın 16-da Xaçmaz RPŞ əməkdaşları tərəfindən Bakı şəhər sakini Şahin Səfərovun Çarxı kəndi ərazisindəki kafelərdən birində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil edərək saxlaması müəyyən edilib. Araşdırma aparılır.
Keçmiş məhkumdan 7 kq tiryək götürüldü
Masallı sakinində xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində Masallı rayon sakini Anar Məmmədovdan 7 kiloqram tiryək aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Bakıda mağaza yanıb
Bakıda mağazada yanğın olub. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində qeydə alınıb. Belə ki, vətəndaş tərəfindən icarəyə götürülmüş, ümumi sahəsi 35 m² olan meyvə-tərəvəz mağazasında 1 ədəd kondisioner, taxta taralar 2 m² sahədə və 1 ədəd stul yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Akkumlyator oğruları ifşa edilib
Oktyabrın 13-dən 17-dək olan müddətdə Gəncə şəhəri ərazisində şəhər sakini Azər Əliyevə məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlanıb. DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Mirəşrəf Nəzərov, Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Pərvin Əlizadə və Bakı şəhər sakini Ayaz Fətullayev tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.
Soyğunçunun evində tüfəng aşkar edilib
Lənkəranda soyğunçuluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon sakini Ayaz Ağayevi hədələyib 340 manat pulunu almaqda şübhəli bilinən həmyerlisi Əhməd Hüseynov tutulub. Onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-18” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.
Piyadanı vurub qaçan sürücü tutulub
Oktyabrın 16-da Açşeron rayon sakini Hafiz Mirzəyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü - həmyerlisi Sənan Cəfərov tutulub.














