Gündəm
İraq ordusu Mosulun 10 kilometrliyindədir
İraq ordusu Mosulun cənub-şərqindəki Həmdaniyə rayonuna daxil olub. Trend bildirir ki, Həmdaniyə rayonunda İŞİD və İraq ordusunun üzvləri arasında döyüşlər gedir.
Əli İnsanovun apellyasiya şikayəti icraata verilib
Sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti icraata verilib.
"Azərbaycanın qlobal nüfuzu çox yüksək səviyyəyə qalxıb"
Monteneqro prezidenti Filip Vuyanoviç Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə təbrik edib.
Dünya əhalisinin 59 faizi Hillari Klintonu dəstəkləyir
ABŞ prezidentliyinə namizəd Hillari Klinton dünya əhalisinin əksəriyyətinin dəstəyini qazanıb.
Avropa İttifaqı Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətilə bəyanat verib
Azərbaycan müstəqillik illəri ərzində hərtərəfli inkişaf edib. APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqı sözçüsünün Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı bəyanatında deyilir.
FİFA Rusiyaya stadionlarla bağlı qadağa qoydu
FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında istifadə olunacaq stadionlarla bağlı qadağa qoyub. Mundialdan iki ay öncəyə qədər oyunların keçiriləcəyi arenalarda konsert keçirilməyəcək. Buna səbəb konsert zamanı ot örtüyünün zərər görməsi və öz keyfiyyətini itirməsidir.
Mosula hücum: kim gedəcək, kim qalacaq...
Xəbər verildiyi kimi İraq ordusu, kürd peşmərgə dəstələri, Türkiyənin təlim keçdiyi türkmən və ərəb dəstələri İŞİD-in nəzarətində olan Mosula hücuma başlayıb. Mosulda əməliyyatların gedişi barədə kürd komandirləri məlumat verir, beynəlxalq nəşrlər ordunun uğurları haqda kürd əsgərlərindən sitat gətirərək xəbər yayırlar.
Yağış 22 yol qəzasına səbəb olub
Yol və meteoroloji şərait nəzərə alınmadığından oktyabrın 17-də Bakıda maddi zərərlə nəticələnən 22 yol qəzası baş verib. Bu haqda Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədov deyib ki, eyni zamanda yüngül xəsarətlə nəticələnən bir toqquşma da baş verib. O bildirib ki, polis əməkdaşları təhkim olunduqları ərazi üzrə xidmətlərini davam etdirirlər. V.Əsədov bir daha sürücülərə müraciət edib: “Sürücülərdən xahiş edirik ki, şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunsun, əsasən ictimai nəqliyyata üstünlük verilsin. Belə havada avtomobilin yüksək sürətlə idarə olunması ətrafda hərəkət edən piyadaların üst-başını çirkləndirməyə səbəb olan hallar yaradır ki, bu da inzibati xəta hesab edilir. Hava şəraiti nəzərə alınaraq sürət həddi minimuma endirilməli, normadan artıq ara məsafəsi saxlanılmalıdır.Avtomobilin hərəkətə gətirilməsi, dayandırılması mexaniki və avtomatik sürətlər qutusunun hesabına yerinə yetirilməlidir”.
“TNH” MMC-nin rəhbəri kim olub?
Bu gün Bakı Ağır Cinayətlərə Məhkəməsində ötən il Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı hakim Eldar İsmayılovun sədrliyi ilə məhkəmə iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, məhkəmə iclasında zərərçəkmiş və şahidlərin çıxışları dinlənilib.
Dünya Azərbaycanlı İş Adamlarının I Bakı Forumu təxirə salınıb
Bakıda keçirilməsi planlaşdırılan Dünya Azərbaycanlı İş Adamlarının I Forumu təxirə düşüb və daha münasib bir vaxtda keçirilməsi qərara alınıb.
Bakcell “Gənclərin Karyera və İnkişaf Mərkəzi”nin nəticələrini elan edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsi uğurla başa çatıb.
Əmək Nazirliyində Beynəlxalq Əmək Təşkilatının və BMT İnkişaf Proqramının birgə missiyası ilə görüş keçirilib
Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) birgə missiyasının Azərbaycana səfəri (17-20 oktyabr) başlayıb. Səfərdə məqsəd ölkəmizdə 2016-2030-ci illər üçün Milli Məşğulluq Strategiyasının hazırlanması işlərinin yekunlarının və özünüməşğulluq proqramının həyata keçirilməsi sahəsində görülən işlərin həmin təşkilatların ekspertləri ilə birgə müzakirə etməkdir.
İrəvanın mərkəzində işsiz öz ağzını tikdi
İrəvanın mərkəzindəki Respublika meydanında Vardenisdən gəlmiş işsiz kişi etiraz aksiyası keçirir və aksiya çərçivəsində öz ağzını tikib.
"Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sputnik-ə müsahibəsində deyib.
Dövlət Sərhəd Xidmətində Müstəqillik Günü ilə bağlı tədbir keçirilib
Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibəti ilə tədbir keçirilib.














