Dövlət Sərhəd Xidmətində Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibəti ilə tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibəti ilə tədbir keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə,tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və millət vəkili Aydın Mirzəzadə çıxış edərək ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələri geniş təhlil etmiş, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin əbədiliyinin və dönməzli-yinin təmin edilməsində, ölkəmizin sərhədlərinin etibarlı qorunması istiqamətindəki əvəzsiz tarixi xidmətlərindən ətraflı danışıblar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi müstəqil daxili və xarici siyasət nəticəsində dövlət quruculuğu proseslərinin bütün sahələri üzrə mühüm nailiyyətlərin əldə edildiyi, Azərbaycanın misilsiz inkişaf yolu keçərək beynəlxalq аləmdə böyük nüfuz qazandığı qürur hissi ilə qeyd olunub. Müstəqilliyimizin əsas atributlarından biri olan dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində həyata keçirilmiş böyük quruculuq işləri, maddi-texniki bazanın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, yeni alınmış silah-sursat, texnika və vasitələrin xidmətdə müvəffəqiyyətlə tətbiqi, Vətən sərhədlərinin toxunulmazlığının yüksək səviyyədə təmin edilməsi müstəqillik illərinin uğurları sırasında xüsusi olaraq vurğulanıb. Tədbirdə Dövlət Sərhəd Хidmətinin şəxsi heyətinin Azərbaycan Respublikasının Prezidentinə və xalqına həmişə sadiqlik nümunəsi göstərəcəyinə, sərhədçilərin хalqımızın və dövlətimizin qazandığı bütün uğurların, o cümlədən müstəqilliyimizin keşiyində daim layiqincə duracaqlarına qəti əminlik ifadə olunub. Tədbir Müstəqillik Gününə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31