Əmək Nazirliyində Beynəlxalq Əmək Təşkilatının və BMT İnkişaf Proqramının birgə missiyası ilə görüş keçirilib
Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) birgə missiyasının Azərbaycana səfəri (17-20 oktyabr) başlayıb. Səfərdə məqsəd ölkəmizdə 2016-2030-ci illər üçün Milli Məşğulluq Strategiyasının hazırlanması işlərinin yekunlarının və özünüməşğulluq proqramının həyata keçirilməsi sahəsində görülən işlərin həmin təşkilatların ekspertləri ilə birgə müzakirə etməkdir.
18 Oktyabr 2016 17:30 SosialBeynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) birgə missiyasının Azərbaycana səfəri (17-20 oktyabr) başlayıb. Səfərdə məqsəd ölkəmizdə 2016-2030-ci illər üçün Milli Məşğulluq Strategiyasının hazırlanması işlərinin yekunlarının və özünüməşğulluq proqramının həyata keçirilməsi sahəsində görülən işlərin həmin təşkilatların ekspertləri ilə birgə müzakirə etməkdir.
Oktyabrın 18-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT və BMT İP-nın birgə missiyası ilə görüş olub. Görüşdə BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə Ofisinin direktor müavini Şurençumeq Zoxiolt, BƏT-in Gənclərin Məşğulluğu layihəsi üzrə baş texniki məsləhətçisi Mixail Puşkin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İP-in rezident nümayəndəsi Qulam İsakzai, BMT İP-in rezident əlaqələndiricisinin müavini Alasendro Frakaseti, BMT İP İstanbul regional ofisindən proqram üzrə məsləhətçi Şeyla Marnie və digərləri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Azərbaycanın dövlət müstəqiliyinin 25-ci ildönümünün qeyd olunduğunu vurğulayıb.
Görüşdə Azərbaycanda sosial-iqtisadi tərəqqinin dayanıqlığının təmin edilməsi istiqamətində aparılan işlər, onların müsbət nəticələri qonaqlar tərəfindən yüksək dəyərləndirilib, aparılan islahatların əmək və məşğulluq sferasında inkişafa da şərait yaratmasının təqdirəlayiq olduğu vurğulanıb. Ölkənin yeni iqtisadi inkişaf mərhələsinə uyğun uzunmüddətli Məşğulluq Strategiyasına malik olması üçün görülən işlər, bu sənədin layihəsində milli əmək bazarında baş verən proseslər diqqətlə nəzərə alınmaqla önəmli prioritetlərin müəyyən edilməsinin, özünüməşğulluq proqramının icrası işlərinin BƏT tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib.
Daha sonra görüşdə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2016-2030-cu illər)" layihəsi, layihədə nəzərdə tutulan istiqamətlər və hədəflər, layihə çərçivəsində görülən işlərdə gələcək əməkdaşlıq məsələləri, özünüməşğulluq proqramının icrası işləri müzakirə olunub.