Gündəm
Orta məktəblərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzindədir
Vətənpərvərlik və milli mənəvi şüurun təbliği, onun aşılanması məsələsi xüsusilə pedoqogikada diqqət edilməli başlıca məsələdir. Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır.
Türkiyəyə təhqir təki hədə
Türkiyənin İraqın şimalındakı Başika hərbi bazası iraqlı könüllülər tərəfindən nəzarətə götürülüb.
"Taliban" qruplaşmasının 51 terrorçusu öldürülüb
Əfqanıstanın Gilmend əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində "Taliban" qruplaşmasının azı 51 terrorçusu öldürülüb.
Rusiya İŞİD-çilərin növbəti planını açıqladı
İŞİD terror təşkilatının döyüşçülərinin İraqın Mosul şəhərindən Suriya ərazisinə keçəcəkləri riski mövcuddur.
İş adamını oğurlayan "Azeri kızı" kimdir? - Şok faktlar- YENİLƏNİB
Azərbaycanda "Mustafa Tayat" geyim mağazası olan iş adamı Mustafa Tayatın keçmiş işçisi tərəfindən aldadılaraq, qaçırılması haqqında xəbər vermişdik. Baku.ws Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı yeni məqamlar ortaya çıxıb.
Yaponiya televiziyasında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb
Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunan xüsusi veriliş yayımlanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, verilişin aparıcıları Kazuyasu İşida və xanım Hiroko Ueyama xalqımızı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik ediblər. Qeyd olunub ki, respublikamız bu yubileyini müstəqillik illərində qazanılan böyük uğurlarla qeyd edir. Verilişin qonaqları Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Fuad Bağırov və Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər dövlət müstəqilliyinin bərpa olunması tarixindən, onun qorunması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar. Qeyd edilib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib.
Bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib
Oktyabrın 18-də Yardımlı, Saatlı və Tərtər rayonlarının daha 5 kəndinə təbii qaz verilib. “OLAYLAR”-ın xəbərinə görə, Yardımlı rayonunun 246 abonenti olan Vərgədüz kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 166 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
"Müstəqilliyimizi qoruyaq" adlı ədəbi-bədii gecə keçirilmişdir
Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşdirilmiş Kitabxana Sistemində 18 oktyabr Azərbaycan Respublikasını Müstəqilliyinin 25-ci il dönümü ilə əlaqədar "Müstəqilliyimizi qoruyaq" adlı ədəbi-bədii gecə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Ombudsman aparatının Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, tarixçi Ələsgər Mirzəzadə, digər təşkilatlardan dəvət olunmuş nümayəndələr və oxucular iştirak ediblər. Gecədə müstəqilliyimizə həsr edilmiş slayd və "Müstəqillik xalqın milli sərvətidir" başlıqlı sərgi nümayiş etdirilib.
Qeyri-maddi mədəni irsinin qorunması ilə bağlı qanun hazırlanır
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması ilə bağlı xüsusi qanun hazırlanır. Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyaya qoşulmasına baxmayaraq, qeyri-maddi mədəni irsimizin qorunması və onun dünyaya tanıdılması, qeyri-maddi mədəni irsin siyahısının tərtib edilməsi, mühafizəsinin qanunvericilk baxımından tənzimlənməsinə ciddi ehtiyac var.
Dindən siyasi nifaq salmaq üçün istifadə edirlər
Milli Məclisin Mədəniyyət komitəsinin oktyabrın 18-də keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara əlavə və dəyişikliklər layihələri müzakirəyə çıxarılıb.
Cəzaçəkmə Müəssisəsində münaqişə yaratdı, cərimə təcridxanasına köçürüldü
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinə, Müalicə Müəssisəsinə və İxtisaslaşmış Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçiriblər.
Zorlamada şübhəli bilinən şəxs həbs edilib
Böyük Britaniyada parlamentin iclaslarının keçirildiyi Vestminster sarayı ərazisində qadını zorlamaqda şübhəli bilinən şəxs həbs edilib.
Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılıb
İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılıb.
Naxçıvan şəhərində yeni tarixi abidə aşkarlanıb
"Naxçıvan şəhərində yeni aşkarlanmış yaşayış yeri ərazidəki məskunlaşma tarixinin 8-9 min il bundan əvvələ aid olduğunu göstərir".














