Yaponiya televiziyasında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb

Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunan xüsusi veriliş yayımlanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, verilişin aparıcıları Kazuyasu İşida və xanım Hiroko Ueyama xalqımızı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik ediblər. Qeyd olunub ki, respublikamız bu yubileyini müstəqillik illərində qazanılan böyük uğurlarla qeyd edir. Verilişin qonaqları Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Fuad Bağırov və Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər dövlət müstəqilliyinin bərpa olunması tarixindən, onun qorunması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar. Qeyd edilib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib.

Yaponiyanın "World Investors TV" internet televiziyasında Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunan xüsusi veriliş yayımlanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, verilişin aparıcıları Kazuyasu İşida və xanım Hiroko Ueyama xalqımızı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik ediblər. Qeyd olunub ki, respublikamız bu yubileyini müstəqillik illərində qazanılan böyük uğurlarla qeyd edir. Verilişin qonaqları Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Fuad Bağırov və Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər dövlət müstəqilliyinin bərpa olunması tarixindən, onun qorunması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar. Qeyd edilib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edilib. Verilişdə Azərbaycanın uğurları ilə yanaşı, müstəqillik illərində üzləşdiyi çətinliklər barədə də məlumat verilib. Bildirilib ki, Ermənistanın əsassız torpaq iddiaları nəticəsində ölkəmiz münaqişəyə cəlb olunub, dinc insanlarımız erməni silahlı qüvvələri tərəfindən doğma yurdundan didərgin salınıb, minlərlə soydaşımız qətlə yetirilib və girov götürülüb. Hələ də münaqişə şəraitində yaşamasına və beynəlxalq qurumların səylərinə baxmayaraq, ölkəmizin ərazi bütövlüyünün indiyədək bərpa olunmamasına rəğmən Azərbaycan bu 25 ildə böyük uğurlara imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31