"Taliban" qruplaşmasının 51 terrorçusu öldürülüb

Əfqanıstanın Gilmend əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində "Taliban" qruplaşmasının azı 51 terrorçusu öldürülüb.

Əfqanıstanın Gilmend əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində "Taliban" qruplaşmasının azı 51 terrorçusu öldürülüb.

"Report" "Tolo News" televiziyasına istinadən xəbər verir ki, onların arasında terrorçu qruplaşmasının 3 lideri də var.

İnformasiyaya görə, əyalətin bir neçə rayonunda keçirilən əməliyyat nəticəsində terrorçuların 18 döyüş-nəqliyyat vasitəsi və silahı məhv edilib.

Son zamanlar terrorçuların mövqeyi Əfqanıstanın şərq və cənub əyalətlərindən - Loqar, Qəzni, Gilmend, şimal əyalətlərindən - Kunduz, Cauzcanda və Parvanda güclənib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31