Bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib
Oktyabrın 18-də Yardımlı, Saatlı və Tərtər rayonlarının daha 5 kəndinə təbii qaz verilib. “OLAYLAR”-ın xəbərinə görə, Yardımlı rayonunun 246 abonenti olan Vərgədüz kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 166 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
18 Oktyabr 2016 16:15 SosialOktyabrın 18-də Yardımlı, Saatlı və Tərtər rayonlarının daha 5 kəndinə təbii qaz verilib. "OLAYLAR"-ın xəbərinə görə, Yardımlı rayonunun 246 abonenti olan Vərgədüz kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 166 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tərtər rayonunun ümumilikdə 506 abonenti olan Azad Qaraqoyunlu və Təzəkənd 2 kəndlərinin qazlaşdırılması məqsədlə 53497 metr uzunluğunda müxtəlif diametrli pilietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Saatlı rayonunun ümumilikdə 297 abonenti olan Əbilkənd və Cəfərxan kəndlərinin kəndlərin qazlaşdırılması zamanı 16646 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib, bütün mənzillərdə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.