Komitə 9 ayın yekunlarına dair müşavirə keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin ötən 9 ayında ölkənin iqtisadi potensialının gücləndirilməsinin və uğurlu inkişaf dinamikasının təmin edildiyini bildirib.

Qeyd olunub ki, həyata keçirilən islahatların tərkib hissəsi dövlət əmlakının özəlləşdirilməsi prosesi xüsusi əhəmiyyət kəsb etmiş və bu prosesdə yeni mərhələyə qədəm qoyulub. Bildirilib ki, dövlət başçısı tərəfindən 19 iyul 2016-cı il tarixdə imzalanmış müvafiq Fərmanda özəlləşdirmə prosesinin sürətləndirilməsi, rəqabət mühitinin formalaşdırması, iqtisadiyyata investisiyalar cəlb edilməsi, özəlləşdirmə prosedurlarının elektron üsullarla gerçəkləşdirilməsi kimi məsələlər əksini tapıb. Dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi proseslərini şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunmaqla həyata keçirilməsi kimi əsas məqsədlər göstərilib. Həmçinin qeyd olunub ki, ölkə Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamına əsasən "Daşkəsən Filizsaflaşdırma" ASC-nin özəlləşdirilməsinin təmin edilməsi prosesində məsləhətçi şirkətin seçilməsi üzrə açıq tender keçirilib. Hazırda səhmdar cəmiyyətin qiymətləndirilməsi işləri aparılır. Ötən 9 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər ölkələrin təcrübələri təhlil edilib. Xarici və beynəlxalq məsləhətçi şirkətlərlə görüşlər keçirilib, özəlləşmə ilə bağlı yeni yanaşmalar, prioritetlər müəyyənləşdirilib. Əsas məqsəd yerli və xarici investorların geniş cəlb olunması, əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi, məsləhətçi və qiymətləndirici xidmətlərindən geniş istifadə edilməsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31