Gündəm
“Məktəb seminarları” layihəsinə start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində ilk təlim-seminar keçirilib. İdarədən “OLAYLAR”-a bildirilib ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.
Yeni məktəb binası istifadəyə verilib
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Cəlilabad rayonunun İncilli kənd ümumi məktəbi üçün inşa edilmiş 180 şagird yerlik yeni məktəb binası oktyabrın 19-da istifadəyə verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov məktəbin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə təhsilin inkişafına böyük diqqət və qayğı ilə yanaşılıb. Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov diqqətə çatdırıb ki, son 10 ildə Azərbaycanda 3 mindən artıq yeni məktəb binası tikilərək, yaxud əsaslı təmir edilərək müəllim və şagird kollektivinin istifadəsinə verilib. Tədris müəssisələri ən yeni inventar və avadanlıqla təmin olunub. Ölkədə davamlı təhsil islahatları aparılır. Bütün bunlar gənc nəslin təhsilinin ölkə rəhbərinin daim diqqətində olduğuna bariz nümunədir.
Əbülfəs Qarayev Masallıda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən oktyabrın 24-də Masallı şəhərində qəbul keçirəcək. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşlar iştirak edəcək.
DƏHŞƏT: Qız uşaqlarına quyuda ilanla işgəncə verdilər - VİDEO
Malayziyada qız şagirdlərə verilən işgəncənin görüntüləri dünyanı şoka salıb. Milli.Az milliyet-ə istinadən bildirir ki, orada qız şagirdlər ilan və suyla dolu olan bir çuxura salınır. Çuxurdan çıxmaq istəyən uşaqları suyla yenidən isladırlar.
DTX Çovdarovdan agentlərin pulunu tələb edir - 3 milyon manat
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generalı Akif Çovdarov və digər 3 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesinə Dövlət Təhlükəsizlik Xidməti də tərəf kimi qoşulub.
Rusiyadan TARİXİ AÇIQLAMA: Bu baş verdi
Rusiya Kosmik Tədqiqatlar İnstitutu "Schiaparelli" kosmik aparatının Marsa endiyini açıqlayıb. Milli.Az milliyet-ə istinadən bildirir ki, bununla da ilk dəfə NASA-ya məxsus olmayan bir kosmik aparat Marsa eniş edib.
İŞİD çırpınır: kütləvi edamlar başlanıb
İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi ilə bağlı əməliyyat davam edir. Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, İraq Hərbi-Hava Qüvvələrinin F-16 təyyarələrinin bombalarına çeşidli mesajlar yazılır.
Mosul əməliyyatı başlanmayıb
"İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi ilə bağlı genişmiqyslı əməliyyatın getdiyi deyilir. Fotolar, videolar yayılır, nümayiş olunur. Amma biz tam əminliklə bəyan edirik ki, Mosul əməliyyatı hələ başlanmayıb".
Türkiyədə atışma: şəhid və yaralı var
Türkiyənin Hakkari vilayətində aparılan antiterror əməliyyatları zamanı 2 əsgər şəhid olub.
Elnarə Xəlilova: "O adam bunu təsdiqləyə bilər"
Müğənni Elnarə Xəlilova Səidə Sultanın "W-trio" qrupuna gəlməsi barədə açıqlama verib. S. Sultanı qrupa gətirdiyini bir daha vurğulayan xanım müğənni bunu təsdiq edəcək şəxsin də olduğunu əlavə edir.
"Beşiktaş"dan qələbə, "Barselona" Qvardiolanı məyus yola saldı - VİDEO
BDU müəlliminin də həbsi təklif olundu – "Yanan bina işi"
Keçən il mayın 19-da Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı daha bir nəfərin həbsi istənilir.
Rusiyada həbs edilərək Azərbaycana verilən şəxslə bağlı hökm qüvvədə saxlanıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi başa çatıb.
Rusiya Donbasa ATƏT-in polis missiyasının yeridilməsinə razılıq verib
Rusiya Donbas regionuna ATƏT-in polis missiyasının yeridilməsinə razılıq verib. APA-nın "112 Ukrayna " telekanalına istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Pyotr PoroşenkoBerlində keçirdiyi brifinqdə bəyan edib.
Prezident Türkiyə səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoralın etimadnaməsini qəbul edib.














