Rusiyada həbs edilərək Azərbaycana verilən şəxslə bağlı hökm qüvvədə saxlanıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi başa çatıb.
20 Oktyabr 2016 11:42 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi başa çatıb.
"Olaylar"ın APA-ya istinadən məlumatına görə hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hökm elan edilib.
Qərara əsasən, E. Həsənov barəsində olan hökm qüvvədə saxlanıb.
Qeyd edək ki, Elşən Həsənov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham olunub və 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Azərbaycana təhvil verilib.