Gündəm
Qışda əhalinin elektrik enerjisi ilə təminatında problem olmayacaq
"Qış mövsümündə əhalinin elektrik enerjisi ilə təminatında problem olmayacaq". "Olaylar" "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
Putin: “Ümidvarıq ki, partnyorlarımız öz sözlərində duracaqlar”
Rusiya prezidenti Vladimir Putin Almaniya və Fransa liderləri ilə Berlində keçirilən görüşün təfərrüatları barədə jurnalistlərə açıqlamasında bəyan edib ki, onun ölkəsi Suriya ərazilərində aviazərbələrin endirilməsində fasilə verə bilər. Lakin bir şərtlə ki, onlar Hələbdə terror qruplaşmalarının fəallıqları ilə qarşı-qarşıya gəlməməlidirlər. SİA-nın xəbərinə görə, Putin vurğulayıb ki, amerikalı partnyorlarımızın öz sözlərində duracaqlarına və “Cəbhət ən-Nüsra”nın, eləcə də “mülayim müxalifət” silahlılarının oradan çəkilmələri üçün çalışacaqlarına ümid edirik: "Ki, sonradan birgə işlərimizi davam etdirə bilək”.
Azər Həsrət: “Müxalifət yeni qrant imkanı əldə etmək dərdindədir” - MÜNASİBƏT
“Müxalifət öz düşüncələrinə uyğun siyasi məhbus siyahısı hazırlayıb və 94 nəfərin adını ora qeyd edib. Bu siyasi məhbus krtiteriyalarını onlar öz düşüncələri əsasında müəyyənləşdirib. Bu absurddur, özü də yekəsindən”. Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
Qubada 48 yaşlı kişi özünü asıb
Quba rayonunda intihar hadisəsi baş verib. Bu barədə Quba rayon Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 19-da axşam saatlarında rayonun Banxanlı kəndində baş verib. 1968-ci il təvəllüdlü Şirinov Hafiz Hacıəhməd oğlu özünü yaşadığı evin həyətində asıb. Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Smartfon asılılığı ilə mübarizə üçün qurğu yaradılıb
Müasir texnologiyalar yeni asılılıq formaları doğurur və onlardan biri bilavasitə smartfonlarla əlaqədardır. Alimlər insanların mobil qurğulara aludə olmalarından narahatdır. Məhz buna görə Niderland mütəxəssisləri səylərini smartfondan ayrılmamaq zərərli vərdişindən xilas olmağa kömək edən qurğunun yaradılmasına yönəldiblər.
Smartfonlar üçün ilk “5G” modem nümayiş etdirilib
“Qualcomm” mikroelektronika istehsalçısı gələcəyin smartfonlarını “5G” şəbəkəsində saniyədə 5 qiqabit sürətə malik rabitə ilə təmin etməyə imkan verən “Snapdragon X50” çipini təqdim edib. Şirkətin iddiasına görə, bu çip dünyada smartfonlar üçün ilk “5G” modemdir.
"50 illik karyeramda onun xüsusi yeri var" - Türkan Şoray
Aktrisa Türkan Şoray "Nazim Hikmət Mədəniyyət Mərkəzi"ndə təşkil olunan tədbirdə iştirak edib.
Nejat İşler gizlicə evlənib?
Aktyor Nejat İşler "İkimizin yerine" adlı filminin qala gecəsinə qatılıb. Axşam.az bildirir ki, ekran işindəki tərəf müqabili Serenay Sarıkaya ilə kameralar qarşısına keçən Nejatın barmağındakı üzük diqqət çəkib.
Facebook canlı yayım xüsusiyyətinə daha bir funksiya əlavə etdi
Son zamanlar Facebook canlı yayım funksiyası üzərində ciddi dəyişikliklər aparmaqdadır. Sonuncu dəfə 24 saat fasiləsiz yayımı istifadəçilərə təqdim edən Facebook, bununla sanki televiziya kanalları və həvəskar çəkilişi sevənlərin qarşısındakı maneələri açmış oldu. Canlı yayım həm biznes və təşkilati, həm də dostlarınızla unudulmaz anlarınızı canlı olaraq paylaşmaq üçün əvəzolunmaz vasitədir. Belə olan halda Facebook canlı yayım xüsusiyyətinə yeni bir funksiya daha əlavə edib. Belə ki, siz artıq canlı yayımlarınızı planlı şəkildə həyata keçirə biləcəksiniz. Bu yenilik sayəsində daha çox insanı özünüzə cəlb etmək imkanınız olacaq.
Borcuna görə Hadisenin qızıllarını əlindən aldılar
“Trendyol” markası ilə 4 il əvvəl imzaladığı 500 min avroluq müqaviləyə əməl etmədiyi üçün məhkəməlik olan Hadise çətin günlər yaşayır.
Cem Yılmazın bu cavabı Ebrunu əsəbiləşdirəcək
Türkiyəli məşhur Cem Yılmaz yayda eşq yaşadığı model Ebru Şallı ilə bağlı açıqlama verib.
“Bəlkə də son konsertimdir” - Kənan Doğulu vidalaşdı
Harbiye açıq hava teatrında konsert verən türk müğənni Kənan Doğulu fanatlarını üzəcək açıqlamalar verib.
"Heç bir qadının dodağından öpə bilmərəm" - Kənan M.M.
Rejissor Kənan M.M. filmlərdə öpüşmə səhnələrində heç vaxt rol almayacağını dilə gətirib. Big.az xəbər verir ki, rejissor açıqlamasında bunları deyib:
"Ailəmi sən dağıtdın" deyərək 500 min tələb etdi
Model Demet Şener 11 illik həyat yoldaşı İbrahim Kutluaydan boşanmaqda israrlıdır. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçmiş basketbolçu Demetin qərarını dəyişmək istəsə də, Şener hələ ki bu haqda açıqlama verməyib.
Qəribə qərar: Tutulan hər siçana görə 2 manat pul
İndoneziyanın paytaxtı Cakartada yaşayanlar "pula pul deməyəcəklər".














