"Heç bir qadının dodağından öpə bilmərəm" - Kənan M.M.

Rejissor Kənan M.M. filmlərdə öpüşmə səhnələrində heç vaxt rol almayacağını dilə gətirib. Big.az xəbər verir ki, rejissor açıqlamasında bunları deyib:

Rejissor Kənan M.M. filmlərdə öpüşmə səhnələrində heç vaxt rol almayacağını dilə gətirib.

Big.az xəbər verir ki, rejissor açıqlamasında bunları deyib:

"Milyon belə versələr, kamera qarşısında heç bir qadının dodağından öpə bilmərəm. Kompleksim var, bu mümkün deyil. Əslində aktyorsansa, buna hazır olmalısan, amma məndə alınmır. Həm də Naxçıvanda böyüyüb boya-başa çatdığım üçün bu mənə uyğun deyil. Həm istəmirəm ki, elə səhnələrdə uşaqlarım məni görsün. Filmdə mütləq öpüşməli deyilsən ki. Ağlaya, qışqıra bilərəm, amma, öpüşə bilmərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31