“Bəlkə də son konsertimdir” - Kənan Doğulu vidalaşdı
Harbiye açıq hava teatrında konsert verən türk müğənni Kənan Doğulu fanatlarını üzəcək açıqlamalar verib.
19 Oktyabr 2016 19:19 DünyaHarbiye açıq hava teatrında konsert verən türk müğənni Kənan Doğulu fanatlarını üzəcək açıqlamalar verib.
Acunn.com xəbər verir ki, ifaçının həyat yoldaşı Beren Saat, qardaşı Ozan Doğulu və digər ailə üzvləri də konseri izləyənlər arasında olub.
Kənan müğənni həmkarlarının ən sevdiyi mahnıları səsləndirdikdən sonra vida çıxışı edib.
O deyib ki, bu onun sonuncu konserti ol bilər:
"23 ildir səhnədə mahnı oxuyuram. İlk gündən bəri bura mənim üçün çox özəldir. Əgər yenidən olmazsa, bu mənim vidamdır".
Müğənnin hansı səbəbdən bu addımı atdığı bilinmir. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31