Yeni məktəb binası istifadəyə verilib
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Cəlilabad rayonunun İncilli kənd ümumi məktəbi üçün inşa edilmiş 180 şagird yerlik yeni məktəb binası oktyabrın 19-da istifadəyə verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov məktəbin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə təhsilin inkişafına böyük diqqət və qayğı ilə yanaşılıb. Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov diqqətə çatdırıb ki, son 10 ildə Azərbaycanda 3 mindən artıq yeni məktəb binası tikilərək, yaxud əsaslı təmir edilərək müəllim və şagird kollektivinin istifadəsinə verilib. Tədris müəssisələri ən yeni inventar və avadanlıqla təmin olunub. Ölkədə davamlı təhsil islahatları aparılır. Bütün bunlar gənc nəslin təhsilinin ölkə rəhbərinin daim diqqətində olduğuna bariz nümunədir.
20 Oktyabr 2016 12:04 SosialRegionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Cəlilabad rayonunun İncilli kənd ümumi məktəbi üçün inşa edilmiş 180 şagird yerlik yeni məktəb binası oktyabrın 19-da istifadəyə verilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov məktəbin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə təhsilin inkişafına böyük diqqət və qayğı ilə yanaşılıb. Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov diqqətə çatdırıb ki, son 10 ildə Azərbaycanda 3 mindən artıq yeni məktəb binası tikilərək, yaxud əsaslı təmir edilərək müəllim və şagird kollektivinin istifadəsinə verilib. Tədris müəssisələri ən yeni inventar və avadanlıqla təmin olunub. Ölkədə davamlı təhsil islahatları aparılır. Bütün bunlar gənc nəslin təhsilinin ölkə rəhbərinin daim diqqətində olduğuna bariz nümunədir.