Gündəm

"Azərsu”"da böyük ixtisar başlayacaq? - Açıqlama

20 Oktyabr 2016 13:02

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə qərar verib.

İsrailli ekspert: "Erməni diasporu mövcud vəziyyətin əbədi davam etməsini istəyir"

20 Oktyabr 2016 13:00

"İsrail Azərbaycanla əlaqələri çox əhəmiyyətli kimi qiymətləndirir. Qeyd olunmalıdır ki, İsrail-Türkiyə münasibətlərindəki böhrana baxmayaraq, Azərbaycan ölkəmizlə sıx əlaqələri qoruyub saxlayıb".

Özbəkistanda vertolyot qəzaya düşüb

20 Oktyabr 2016 12:58

Ötən axşam Özbəkistan Hərbi Hava Quvvələrinə aid vertolyotun qəzaya uğradığı bildilir. Mi-171 tipli vertolyotun Fərqanə vilayətində qəzaya düşdüyü bildilrir . Qəza nəticəsində 3 pilot 9 hərbiçinin həlak olduğu gələn xəbərlrər sırasındadır. Qəzayla əlaqədar xüsusui komissiyanın yaradıldığı bildilir. Məlumatı Türkiyə bürosu yayır.

Tovuzda 3 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub

20 Oktyabr 2016 12:29

Tovuz rayonunun Qovlar şəhəri, Alakol və Əyyublu kəndləri arasında olan avtomobil yolu yenidən qurulub. “OLAYLAR”-ın xəbərinə görə, “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri 15 km-lik hissədə aparılıb.

Şəhid ailələrinə nə qədər müavinət verilə bilər?

20 Oktyabr 2016 12:26

"Şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin artırılması barədə təkliflər ümumiləşdirilib müzakirə olunduqdan sonra baxıla bilər. Əlbəttə ki, şəhidlərlə bağlı təkliflərə komitəmizdə hər zaman xüsusi həssaslıqla yanaşmışıq”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Deputat 14 oktyabrda Milli Məclisin iclasında həmkarları Aydın Mirzəzadə və Əflatun Amaşovun “şəhidlərə verilən birdəfəlik müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun” təkliflərinə də münasibət bildirib: “Şəhid ailələrinə verilən birdəfəlik müavinətlərlə bağlı təklifləri ümiləşdirilib komitədə baxılacaq. Müvainətin artırılması məsələsi dövlət büdcəsindən asılı olan məsələdir. Müavinətin müəyyən miqdarda artırılması hələ tam dəqiq deyil. Bunun arxasında maliyyə, pul olmalıdır. 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir”.

Ermənilər 22 dəfə atəşkəs rejimini pozub

20 Oktyabr 2016 12:24

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Paytaxtda 3 otaqlı ev yanıb

20 Oktyabr 2016 12:23

Bakıda 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda birmərtəbəli kommunal tipli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı yaşayış evində qaz sobasının ətrafı 3 m2 sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan 3 otaqlı yaşayış evinin mətbəxinin tavanı 1 m2 sahədə yanıb. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Ombudsman uşaqlar üçün müsabiqə keçirir

20 Oktyabr 2016 12:21

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirəcək. Bu haqda Ombudsman Aparatı mətbuat xidmətindən məlumat verilib. Belə ki, müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edəcəklər.

Rəqabət Məcəlləsinin bəxti açılır

20 Oktyabr 2016 12:20

“Rəqabət Məcəlləsini Milli Məclisin İqtisadi siyasət komitəsində 9 illik müzakirədən sonra plenar iclasa çıxarmaq mümkün olub. Artıq məcəllə özünün sonuncu oxunuşunu gözləyir”. Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib. Deputat bildirib ki, nəhayət Rəqabət Məcəlləsi yaxın aylarda sonuncu oxunuşa çıxarılaraq qəbul edilə biləcək: “Rəqabət Məcəlləsinə bir daha baxaraq, son əlavə və dəyişiklər edildikdən sonra bu yaxın aylarda qəbul olunması üçün pelnar iclasa çıxarılacaq.

Azərbaycan Qlobal Sağlamlıq Turizmi sərgisində təmsil olunub 

20 Oktyabr 2016 12:19

Türkiyənin Ankara şəhərində Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisi (Health Sumex) təşkil olunub. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbıərə görə, 30 –dan çox ölkənin iştirakı ilə reallaşan tədbir Türkiyənin Səhiyyə Nazirliyinin himayəsi, İqtisadiyyat, Mədəniyyət və Turizm, Avropa Birliyi, Türkiyə İnkişaf Nazirliyi və Türkiyə Sağlamlıq Turizmini İnkişaf etdirmə Şurasının dəstəyi ilə reallaşır. Tədbirdə sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan 32 təşkilat, quruluş və dərnəyin iştirakı ilə həyata keçirilir.

Təbriz və Ərdəbil bizə Gəncə və Şəki qədər əlçatan olmalıdır

20 Oktyabr 2016 12:15

Bakıda səfərdə olan Ərdəbil valisi Məcid Xudabəxş Azərbaycana Ərdəbildə beşulduzlu otel tikməyi təklif edib. Ərdəbildə ancaq dörüldüzlü otel var. Vali deyib ki, il ərzində Ərdəbil vilayətinə 4-5 milyon insan gəlir, Azərbaycandan isə Ərdəbilə gündə təxminən 500 nəfər gəlir.

Türkiyədə aviabazada FETÖ-çülər tutuldular

20 Oktyabr 2016 12:14

Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyə polisi Konya vilayətində yerləşən aviabazada əməliyyat keçirib.

Həyəcan təbili

20 Oktyabr 2016 12:12

"Azərbaycanda son bir necə gün ərzində yağan yağışlar nəticəsində sürüşmə sahələrində çox gərgin vəziyyət yaranıb". "Olaylar" az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

20 Oktyabr 2016 12:09

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi oktyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtından əvvəl başa çatdırılmasına imkan verib. Belə ki, Fondun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməsi tam təmin olunub.

Ziya Bünyadov prospektində nəqliyyat sıxlığı aradan qaldırılacaq 

20 Oktyabr 2016 12:07

Bakı Nəqliyyat Agentliyi paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat, intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün mütəmadi olaraq şəhərdaxili və qəsəbədaxili yollarda monitorinqlər aparır. Montorinqlər zamanı əldə edilən məlumatlar xüsusi ekspert qrupu tərəfindən təhlil edilir, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla təşəbbüslər irəli sürülür. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Bakı Nəqliyyat Agentliyinin irəli sürdüyü növbəti belə bir təşəbbüs ilə Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq və Xəlil Rza Ulutürk küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol ötürücüsünə daxil olmalarının qarşısını almaq məqsədilə 132 metr məsafədə, qoşa xətt boyunca 60 sm enində bordür düzülməkdədir.