Tovuzda 3 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub
Tovuz rayonunun Qovlar şəhəri, Alakol və Əyyublu kəndləri arasında olan avtomobil yolu yenidən qurulub. “OLAYLAR”-ın xəbərinə görə, “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri 15 km-lik hissədə aparılıb.
20 Oktyabr 2016 12:29 SosialTovuz rayonunun Qovlar şəhəri, Alakol və Əyyublu kəndləri arasında olan avtomobil yolu yenidən qurulub. "OLAYLAR"-ın xəbərinə görə, "Azəravtoyol" ASC tərəfindən yenidənqurma işləri 15 km-lik hissədə aparılıb. Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Hərəkət zolaqları 820 m-lik hissədə 4, qalan hissədə isə 2-dir. Yolun hərəkət hissəsinin eni 7 m, çiyinlərin eni 0.5 m bərkidici zolaqlarla birgə 2.5 m olmaqla torpaq yatağının eni 12 metr təşkil edir. Yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yol yatağı kipləşdirilib, daha sonra 37.9 min m3 həcmində və 25 sm qalınlığında çınqıldan əsasın alt layının, 20.4 min m3 həcmində və 15 smqalınlığında optimal qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi aparılıb. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9.5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib. Körpü 3 aşırımlı olmaqla hər bir tərəfində 1 m enində piyada səkisi də mövcuddur.
Qeyd edək ki, Qovlar-Alakol-Əyyublu avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yenidən qurulub.