Təbriz və Ərdəbil bizə Gəncə və Şəki qədər əlçatan olmalıdır

Bakıda səfərdə olan Ərdəbil valisi Məcid Xudabəxş Azərbaycana Ərdəbildə beşulduzlu otel tikməyi təklif edib. Ərdəbildə ancaq dörüldüzlü otel var. Vali deyib ki, il ərzində Ərdəbil vilayətinə 4-5 milyon insan gəlir, Azərbaycandan isə Ərdəbilə gündə təxminən 500 nəfər gəlir.

Bakıda səfərdə olan Ərdəbil valisi Məcid Xudabəxş Azərbaycana Ərdəbildə beşulduzlu otel tikməyi təklif edib. Ərdəbildə ancaq dörüldüzlü otel var. Vali deyib ki, il ərzində Ərdəbil vilayətinə 4-5 milyon insan gəlir, Azərbaycandan isə Ərdəbilə gündə təxminən 500 nəfər gəlir. Politoloq Elxan Şahinoğlu deyir ki, yaxşı təklifdir və Azərbaycanın pul yatırdığı xeyli ölkə və şirkət var: "SOCAR qonşu Rusiya və Türkiyədə xeyli daşınmaz əmlak alıb. Əlbəttə, İranla münasibətlərdə suallarımızın sayı az deyil, Terhan-İrəvan əlaqələri də bizi narahat edir. Ancaq söhbət Cənubi Azərbaycan vilayətlərindən və şəhərlərindən gedir. Azərbaycanın cənubunu şimala daha yaxın olmasını istəyiriksə bunun yolu investisiyalardan, ortaq layihələrdən, birgə müəssisələrin yaradılmasından, otellərin inşaatından və qarşılıqlı turizm imkanlarının artmasından keçir. Kobud desək şimallı cənubda, cənublu isə şimalda pul qazanmalı və bu prosesə kifayət qədər insanı cəlb etməlidir. Təbriz və Ərdəbil bizə Gəncə və Şəki qədər əlçatan olmalı, eyni ilə güneylilər də Azərbaycanın şimalında özlərini tam rahat hiss etməli, içərilərində maliyyə imkanı olanlara isə burada bizneslərini artırmaq şəraiti yaradılmalıdır. Bundan sonra Azərbaycanı iki hissəyə bölən Araz çayı bizi bir o qədər ayırmayacaq, növbədə tikintisi bitməkdə olan körpü və dəmiryolu gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31