Azərbaycan Qlobal Sağlamlıq Turizmi sərgisində təmsil olunub
Türkiyənin Ankara şəhərində Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisi (Health Sumex) təşkil olunub. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbıərə görə, 30 –dan çox ölkənin iştirakı ilə reallaşan tədbir Türkiyənin Səhiyyə Nazirliyinin himayəsi, İqtisadiyyat, Mədəniyyət və Turizm, Avropa Birliyi, Türkiyə İnkişaf Nazirliyi və Türkiyə Sağlamlıq Turizmini İnkişaf etdirmə Şurasının dəstəyi ilə reallaşır. Tədbirdə sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan 32 təşkilat, quruluş və dərnəyin iştirakı ilə həyata keçirilir.
20 Oktyabr 2016 12:19 SosialTürkiyənin Ankara şəhərində Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisi (Health Sumex) təşkil olunub. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbıərə görə, 30 -dan çox ölkənin iştirakı ilə reallaşan tədbir Türkiyənin Səhiyyə Nazirliyinin himayəsi, İqtisadiyyat, Mədəniyyət və Turizm, Avropa Birliyi, Türkiyə İnkişaf Nazirliyi və Türkiyə Sağlamlıq Turizmini İnkişaf etdirmə Şurasının dəstəyi ilə reallaşır. Tədbirdə sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan 32 təşkilat, quruluş və dərnəyin iştirakı ilə həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası da Global Sağlamlıq Turizmi Zirvəsi və Sərgisinə dəstək verən ictimai birliklər sırasındadır və nümayəndə heyəti ilə təmsil olunur. Dunya sağlamlıq turizmi peşəkarlarının və Türkiyə də daxil olmaqla bir sıra rəsmi şəxslərin iştirakı ilə 19 oktryabr tarixində möhtəşəm açılış mərasimi olub.Türkiyənin mədəniyyət və turizm naziri cənab Nabi Avnı açılış nitqi ilə çıxış edib. Sərgi çərçivəsində 15 iyul Darbe Girişimi hadisələri ilə bağlı düzənlənmiş foto-stend ziyarət olunub. Sonra forum panel çıxışları və B2B-iki tərəfli görüşləri ilə davam etdirilib.
Forum müddətində Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avnının dəvəti ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti
Ruslan Quliyevin ikitərəfli görüşü baş tutub. Görüş zamanı Ruslan Quliyev Azərbaycan sağlamlıq turizmi imkanları və Azərbaycanın bu sahədə yaxın illərdəki hədəfləri haqqında məlumat verib. Həmçinin, iki ölkə arasında daha peşəkar və məhsuldar işbirliyi imkanları müzakirə olunub. Assossiasiyanin yenidən çapdan çıxan sağlamliq turizmi imkanları kataloqu nazirə təqdim olunub. Bundan başqa, Assosiasiya rəhbəri Dunya Sağlıq turizmi Təşkilatının prezidenti cənab Dr. Feyzi Al-Hammouri ilə görüşüb və Ruslan Quliyev gələn il İordaniyanın paytaxtı Amman şəhərində reallaşdırılacaq, GHTF 2017 (25th-27th February) Global Healthcare Travel Forum dəvət edilib. Forumun son günü Azərbaycan heyətinə infotur təşkil olunacaq.