Gündəm
Nisə Qasımovaya həmkarları tərəfindən hörmətsizlik edildi
Xalq artisti Nisə Qasımova əsəbləşib, sükutu pozdu. SİA-nın məlumatına görə, o, verilişlərin birində gənc müğənnilərin ona qarşı etdiyi xoşagəlməz hadisədən söz açıb: "Mərasimlərin birində gənc ifaçılar Eldəniz Məmmədovla Zemfira Zeynalova məni görüb, salam vermədi. Onların bu hərəkəti məni çox əsəbləşdirdi".
“Həll olunmamış münaqişələr hədsiz iztirablara yol açır”- Baş katib
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun BMT Günü münasibətilə müraciəti yayılıb.SİA-nın məlumatına görə, müraciətdə deyilir ki, bu günün qeyd edilməsi dünya və BMT üçün keçid dövrü ərəfəsinə düşür: “Bəşəriyyət Dayanıqlı İnkişaf üçün 2030 gündəliyinin böyük vədini həyata keçirmək üzrə qlobal öhdəliklə dayanıqlılıq erasına qədəm qoyub. Bununla da, təşkilatın 71-ci ilində bizi sağlam planetdə hamı üçün daha yaxşı gələcəyə doğru aparan 17 məqsədimiz var. Dünya, həmçinin mineral yanacaqların yandırılması ilə firavanlığa aparan yolun olması düşüncəsini geridə qoymağa doğru irəliləyir. Rekord səviyyədə istiləşmənin baş verdiyi bir anda üzv ölkələr rekord müddətdə iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasını qəbul etdi. Bu əlamətdar razılaşma 4 noyabr tarixində qüvvəyə minəcək. Bu tarixi astana çərçivəsində daha yaşıl, daha təmiz və az miqdarda karbon əsaslı inkişafa nail olmaq üçün bizi ən yaxşı imkanlar gözləyir”.
“Həmsədrlərin mövqeyində Azərbaycanın xeyrinə dəyişiklik görmürəm”- RƏY
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyində Azərbaycanın xeyrinə heç bir dəyişiklik görmürəm”. Bunu SİA-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu amerikalı həmsədr Ceyms Uorlikin Bakıda söylədiyi fikirləri şərh edərkən deyib.
Türk təyyarəsi Parisdən uça bilmədi
Ötən gecə Şarl de Qoll havalimanından Paris İstanbul səfərini yerinə yetirməyə hazırlaşan Türk Hava Yollarının Aerobus -321 tipli TC-JRS sayılı təyyarəsi hava limanının buksir çəkici makinası tərəfindən zədələnib. Təyyarənin korpus təkəri şassisinin zədələndiyi müəyyən edilib . Təyyarədəki sərnişinlər təcili gözləmə salonuna yerləşdirilib. İstanbuldan Parisə sərnişinlərin gətirilməsi üçün təyyarə göndərilib. Bu gün onların İstanbula gəlməsi gözlənilir. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Kanadada Azərbaycan TV kanalı fəaliyyətə başladı
Oktyabrın 21-də Kanadanın Ontario əyalətinin Toronto şəhərində Azerbaijan Star TV kanalının açılış mərasimi olub. Heydərbaba (HB) Media Qrupunun təşəbbüsü ilə fəaliyyətə başlayan kanalın açılış mərasimində 500-dək qonaq iştirak edib. Qonaqlar arasında Ontario əyalətinin ali təhsil naziri Dr. Reza Moridi, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli də olub. Açılışı bu şəxslərlə yanaşı Az Star TV-nin təşkilatçısı və HB Media Qrupunun rəhbəri Yashar Poorali elan edib.
Bakıda Beynəlxalq Caz Festivalına həsr olunmuş rəsm sərgisi açılıb
Bakıda tanınmış rəssam Vüqar Əlinin rəsm əsərlərindən ibarət “Jazz Colors” adlı rəsm sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Landmark Rotunda”da açılan sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşdırılıb. Sərgidə fırça ustasının caz musiqisinə həsr edilmiş sənət əsərləri nümayiş olunur.
Danimarkada azərbaycanlıların bayram tədbiri
Kopenhagendə Danimarka Vətən Cəmiyyətinin təşkilatçılığı ilə 18 Oktyabr Müstəqillik günü qeyd olunub.
Müəllim və valideynlərin səyyar qəbul keçiriləcək
Oktyabrın 28-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə səyyar qəbul keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən daxil olub.
Avropa çempionatında 9-cu yer
Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub. Milli.Az xəbər verir ki, yarışda ölkəmiz bir idmançı ilə - keyrin növündə mübarizə aparan Sergey Omelçenko ilə təmsil olunub.
Nadir Qafarzadə Polad Bülbüloğluya niyə müraciət edib? - VİDEO
Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yenilikdən danışıb. “Olaylar”az-a açıqlama verən ifaçı bildirib ki, xalq artisti Polad Bülbüloğlunun repertuarından “Prixodi” (Gəl) adlı mahnını ifa edib: “Ümumiyyətlə mən Polad bəyin bəstələrinə heyranam.
Güləşçilərimiz Dağıstandan 3 medalla qayıdıb
Dağıstan Respublikasında Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olub.
Paytaxtda veloyürüş keçirilib veloyürüş keçirilib
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Azərbaycanın Dövlət Müstəqillik Gününə həsr olunmuş” veloyürüş keçirilib.
Fermerlər maarifləndirilir
“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Fermerlərin maarifləndirilməsi və innovativ texnologiyaların tətbiqi yolu ilə yerli istehsalın artırılmasına dəstək” layihəsinin icrasını davam etdirir. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl rayonundan olan məcburi köçkün qəsəbəsində Cəbrayıl rayon icra Hakimiyyətinin dəstəyi ilə “İnnovativ texnologiyaların tətbiqi yolu ilə yerli istehsalın artırılması” mövzusunda təlim keçib. Təlimdə fermerlərin maarifləndirilməsi və onların innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqlarının artırılması yolu ilə yerli istehsalın rəqabət qabiliyyətini artırmaq məsələləri öz əksini tapıb.
Türkiyə Amerikanı inandıra bilib
“Amerika PYD və onun silahlı qanadı YPG-ni müdafiə edir, onların İŞİD-ə qarşı mübarizədə müəyyən rolunun olduğunu düşünür. Hətta silahla təmin edirdi”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi şərhçi Cəbrayıl Fərzəliyev bildirib ki, Türkiyənin Amerikanı PYD və YPG-nin PKK ilə ciddi əlaqədə olduğuna dair inandırmaq cəhdləri isə boşa çıxırdı: “Bu kontekstdə ABŞ müdafiə nazirinin Türkiyəyə səfəri diqqət çəkir.
Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində İranın paytaxtı Tehran şəhərində Azərbaycan, İran, Gürcüstan dəmir yollarının rəhbərləri və dünyanın aparıcı dəmir yolu şirkətlərindən sayılan Almaniyanın “Deutsche Bahn” (DB) dövlət şirkətinin nümayəndələri arasında dördtərəfli görüş keçirilib. Danışıqlar zamanı Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Həmin marşrutla Hindistan və İran körfəzi ölkələrindən Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsi mexanizmi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Cənub-Qərb dəhlizi, qeyd olunan istiqamətdə, yüklərin nəql edilməsi üçün ən əlverişli marşrutdur.














