Danimarkada azərbaycanlıların bayram tədbiri

Kopenhagendə Danimarka Vətən Cəmiyyətinin təşkilatçılığı ilə 18 Oktyabr Müstəqillik günü qeyd olunub.

Kopenhagendə Danimarka Vətən Cəmiyyətinin təşkilatçılığı ilə 18 Oktyabr Müstəqillik günü qeyd olunub. Bu barədə "OLAYLAR"-a məlumat verən Cəmiyyətin sədri Səfər Sadiqi deyib ki, tədbirdə Azərbaycanın tarixdə ikinci dəfə müstəqillik qazanmasından danışıb, ötən 25 ildə əldə etdiyi nəaliyyətlər və uğurlardan söz açıb: "Tədbirdə Azərbaycandan gəlmi\ş, Skandinaviya ölkələri ilə mədəni və elmi əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Nazim Əhmədli , Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin üzvü Ayaz Məmmədov, Skandinaviya Türk Federasiyasının nümayəndələri, Türkmən Mədəni Cəmiyyətinin nümayəndələri və başqa millətlərin nümayəndələri iştirak edib. Tədbirdə Ayaz Məmmədovun Azərbaycan haqqında hazırladığı videolar göstərilib. Şair Nazim Əhmədli isə öz şerlərini oxuyub. Vətən Cəmiyyətinin nəzdində yaradılmış " Cirtdan " rəqs qrupunun çıxışı hamının sevincinə səbəb olub. Tədbirin sonunda iştirakçılara Azərbaycan mətbəxindən nümunələr və çay süfrəsi açılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31