Nisə Qasımovaya həmkarları tərəfindən hörmətsizlik edildi
Xalq artisti Nisə Qasımova əsəbləşib, sükutu pozdu. SİA-nın məlumatına görə, o, verilişlərin birində gənc müğənnilərin ona qarşı etdiyi xoşagəlməz hadisədən söz açıb: "Mərasimlərin birində gənc ifaçılar Eldəniz Məmmədovla Zemfira Zeynalova məni görüb, salam vermədi. Onların bu hərəkəti məni çox əsəbləşdirdi".
24 Oktyabr 2016 12:53 MədəniyyətXalq artisti Nisə Qasımova əsəbləşib, sükutu pozdu. SİA-nın məlumatına görə, o, verilişlərin birində gənc müğənnilərin ona qarşı etdiyi xoşagəlməz hadisədən söz açıb: "Mərasimlərin birində gənc ifaçılar Eldəniz Məmmədovla Zemfira Zeynalova məni görüb, salam vermədi. Onların bu hərəkəti məni çox əsəbləşdirdi".
N.Qasımova sosial şəbəkədə onun geyimlərini tənqid edən insanlardan da söz açıb: "Mənim fotomu sosial şəbəkələrdə paylaşılıb, geyimlərim tənqid olunur. Həmin kəslər kimdir ki, mənim şəklimi sosial şəbəkədə müzakirəyə qoyub, tənqid edirlər? O, kəslər məşhur müğənninin fanatıdır. Amma bilin ki, özgəsinə quyu qazan, özü düşür tələyə".
Sözügedən məsələyə xalq artisti Aygün Kazımova münasibət bildirib: "Nisə Qasımovaya hörmətsizlik edən kəslər dərhal sənətkarımızdan üzür istəməlidir. Hamı öz yerini bilməlidir".