Türkiyə Amerikanı inandıra bilib

“Amerika PYD və onun silahlı qanadı YPG-ni müdafiə edir, onların İŞİD-ə qarşı mübarizədə müəyyən rolunun olduğunu düşünür. Hətta silahla təmin edirdi”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi şərhçi Cəbrayıl Fərzəliyev bildirib ki, Türkiyənin Amerikanı PYD və YPG-nin PKK ilə ciddi əlaqədə olduğuna dair inandırmaq cəhdləri isə boşa çıxırdı: “Bu kontekstdə ABŞ müdafiə nazirinin Türkiyəyə səfəri diqqət çəkir.

"Amerika PYD və onun silahlı qanadı YPG-ni müdafiə edir, onların İŞİD-ə qarşı mübarizədə müəyyən rolunun olduğunu düşünür. Hətta silahla təmin edirdi". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi şərhçi Cəbrayıl Fərzəliyev bildirib ki, Türkiyənin Amerikanı PYD və YPG-nin PKK ilə ciddi əlaqədə olduğuna dair inandırmaq cəhdləri isə boşa çıxırdı: "Bu kontekstdə ABŞ müdafiə nazirinin Türkiyəyə səfəri diqqət çəkir.

Bundan öncə isə Türkiyə nümayəndə heyəti Vaşinqtonda oldu. Görünür, Türkiyə Amerikanı YPG məsələsinə inandıra bilib. Fikrimcə, Amerikanın mövqe dəyişikliyində Rusiyanın da rolu var. O mənada ki, Rusiya Türkiyənin Suriya kürdlərinə qarşı savaşını pisləmişdi. Suriya rəhbərliyi bildirdi ki, əgər türk təyyarələri bölgədə kürdlər olan ərazilərə daxil olsa, dərhal məhv ediləcəklər. Əslində, Suriyanın özünün hava hücumundan müdafiə sistemi yoxdur və orada olan sistemlərin hamısı Rusiyanındır". Onun sözlərinə görə, Rusiya kürdlərin siyasi və silahlı qanadını müdafiə etməyə başlayıb: "Bu, bir tərəfdən Türkiyə ilə olan danışıqların ruhuna ziddir, o biri tərəfdən isə PYD və YPG ruslarla ciddi əlaqədə olmasına dair Amerikanın gözünü açdı. Amerika indi "düşmənimin dostu mənim də düşmənimdir" prinsipi ilə hərəkət edir. Belə çıxır ki, Amerika PYD və YPG-dən üz döndərib və İraq hökumətini razı salmağa çalışacaq. Amerika NATO-nun ən güclü cənub qanadı kimi Türkiyəni itirmək istəmir, eyni zamanda, Türkiyənin bu regionu yaxşı tanıdığını və güclü nüfuza malik olduğunu artıq qəbul edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31