Gündəm
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi keçiriləcək
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə təqdim edilməsi, onların yaradıcılıq imkanlarının təbliği və dəstəklənməsidir.
Gülənin qardaşı uşaqları da tutuldu
Türkiyədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı uşaqları Hüseyn Gülən və Büşra Gülən saxlanılıb.
Bakıda 4 nurçu saxlandı
Qaradağ rayon Polis İdarəsinin əməkdaşları rayonun Sahil qəsəbəsində “nurçu”lara qarşı əməliyyat keçiriblər. Məlumata görə, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü ildoğumlu Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib.
Beyləqanda bərbərxana yanıb
Beyləqanda vətəndaşa məxsus bərbərxana yanıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Yuxarı Aran qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 27 m2 olan bərbərxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu dəfə 78 dövlət əmlakı hərraca çıxarılır
Noyabrın 22-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb.
Şeyx: "Bəzi dövlətlərdə islamofobiya təzahürləri dərinləşir"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İordaniya kralı Əlahəzrət II Abdullahın himayəsi altında Əmmanda keçirilən Al əl-Beyt İslam Fikri Akademiyasının “Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru” mövzusuna həsr olunmuş XVII konfransda iştirak edib. QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, 35 islam dövlətindən nümayəndələrin iştirak etdiyi tədbirdə akademiyanın həqiqi üzvü Şeyxülislam A.Paşazadənin məruzəsi dinlənilib.
Nəsimi rayonunda Yaşıl Marafon layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib
Ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kompaniyası davam etdirilərək artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilmişdir.
ABŞ-da bir neçə ev qaz sızması səbəbindən təxliyyə edilib
ABŞ-ın Filadeldiya ştatında qaz sızması səbəbindən bir neçə evin sakinlərio polis tərəfindən təxliyyə edilib.
Ermənistanla müharibədə itkin düşən 3824 şəxs DNT analizi ilə axtarılır
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevin göstərişinə uyğun olaraq, itkin düşmüş, əsir-girov götürülmüş şəxslərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və işdə tətbiqi üçün Xorvatiyanın analoji qurumu ilə əlaqələr yaradılıb.
Maykl Ceksonun bacısı hicab bağladı
Dünya pop-musiqisinin mərhum kralı, amerikalı Maykl Ceksonun bacısı Canet Cekson əri, milyarder Vissam əl Məna ilə birlikdə Londondadır.
"Şakro"nun xəzinədarı on milyonlarla dolları götürüb İrəvana qaçdı
Kriminal aləmdə "Şakro Molodoy" ləqəbli qanuni oğru Zaxari Kalaşovun xəzinədarı kimi tanınanKonstantin Manukyan beynəlxalq axtarışa verilib.
Bakıda FİLM KİMİ OĞURLUQ
1500 manatlıq iti apardılar Bakının Binəqədi rayonunda fərdi yaşayış evindən çoban iti oğurlanıb. Olaylar.az report-a istinadən bildirir ki, hadisə Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Burada Telman Məhərrəmova məxsus fərdi yaşayış evinə oğurluq məqsədi ilə daxil olmaq istəyən şəxslərə həyətyanı sahədə olan it mane olub.
Dünyanın ən soyuq şəhərindən FOTOlar
Rusiyanın Yakutiya bölgəsində yerləşən Oymyakon dünyanın ən soyuq şəhəri sayılır.
Bakıda bəzi yollar iki gün bağlı olacaq
Bakıda iki gün ərzində bəzi yollarda hərəkətə məhdudiyyətlər qoyulacaq. Bu barədə Milli.Az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.














