Maykl Ceksonun bacısı hicab bağladı
Dünya pop-musiqisinin mərhum kralı, amerikalı Maykl Ceksonun bacısı Canet Cekson əri, milyarder Vissam əl Məna ilə birlikdə Londondadır.
24 Oktyabr 2016 11:47 DünyaDünya pop-musiqisinin mərhum kralı, amerikalı Maykl Ceksonun bacısı Canet Cekson əri, milyarder Vissam əl Məna ilə birlikdə Londondadır.
Milli.Az The Sun-a istinadən bildirir ki, ilk övladına hamilə olan 50 yaşlı müğənni Canet Cekson dünən əri ilə alış-verişə yollananda başına hicab bağlamış, müsəlman xanımlar təki geyinmişdi.
Onun əynində Y-3 brendinin istehsalı olan 1000 dollarlıq qara ponço da vardı.
Canet Cekson və qətərli iş adamı Vissam əl Məna 2012-ci ildə evləniblər.
C.Cekson bu yaxınlarda People jurnalına verdiyi müsahibəsində ailə həyatından çox razı qaldığını, ərini də "dəlicəsinə" sevdiyini söyləyib. Olaylar.az