Bakıda 4 nurçu saxlandı
Qaradağ rayon Polis İdarəsinin əməkdaşları rayonun Sahil qəsəbəsində “nurçu”lara qarşı əməliyyat keçiriblər. Məlumata görə, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü ildoğumlu Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib.
24 Oktyabr 2016 12:12 SosialQaradağ rayon Polis İdarəsinin əməkdaşları rayonun Sahil qəsəbəsində "nurçu"lara qarşı əməliyyat keçiriblər. Məlumata görə, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü ildoğumlu Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı R.Həmidova məxsus evdən Azərbaycanda təbliği və yayımı qanunla qadağan edilən 159 kitab və 9 jurnal aşkarlanıb. Eyni zamanda aparılan əməlyyyat zamanı sözügedən rayonun Lökbatan qəsəbəsində isə qəsəbə sakinləri - 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan 15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb. Məlumata görə, evində axtarış aparılan şəxslərin nurçuluğun təbliği ilə məşğul olduqları bildirilir.