Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində İranın paytaxtı Tehran şəhərində Azərbaycan, İran, Gürcüstan dəmir yollarının rəhbərləri və dünyanın aparıcı dəmir yolu şirkətlərindən sayılan Almaniyanın “Deutsche Bahn” (DB) dövlət şirkətinin nümayəndələri arasında dördtərəfli görüş keçirilib. Danışıqlar zamanı Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Həmin marşrutla Hindistan və İran körfəzi ölkələrindən Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsi mexanizmi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Cənub-Qərb dəhlizi, qeyd olunan istiqamətdə, yüklərin nəql edilməsi üçün ən əlverişli marşrutdur.
24 Oktyabr 2016 12:21 Sosial"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində İranın paytaxtı Tehran şəhərində Azərbaycan, İran, Gürcüstan dəmir yollarının rəhbərləri və dünyanın aparıcı dəmir yolu şirkətlərindən sayılan Almaniyanın "Deutsche Bahn" (DB) dövlət şirkətinin nümayəndələri arasında dördtərəfli görüş keçirilib. Danışıqlar zamanı Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Həmin marşrutla Hindistan və İran körfəzi ölkələrindən Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsi mexanizmi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Cənub-Qərb dəhlizi, qeyd olunan istiqamətdə, yüklərin nəql edilməsi üçün ən əlverişli marşrutdur.
Qeyd edək ki, İrana səfəri çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İran Dəmir Yolunun Baş Direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüş də keçirib. Görüşdə Astara (Azərbaycan) - Astara (İran) stansiyaları arasında dəmir yolunun və iki ölkə sərhəddində Astaraçay üzərində inşa edilən dəmir yol körpüsünün tikintisi ilə bağlı son məlumatlar dinlənilib, inşaat işlərinin gedişatı ətrafında müzakirə aparılıb.