Gündəm

Yeni ekoloji layihənin icrasına başlanılıb

25 Oktyabr 2016 17:28

“Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək” layihəsinin icrasına start verilib.

Bəstəkar müğənni kimdən bağışlanmağını istəyir? - VİDEO

25 Oktyabr 2016 17:25

Şou-biznesdə bir çox ulduzların mahnılarını bəstələyən azərbaycanlı bəstəkar Muxtar Abseynov yeni mahnı oxuyub. Olaylar.az-a açıqlama verən bəstəkar-ifaçı bildirib ki, müəllifi olduğu “Bağışla” adlı bəstəni lentə aldırıb: “Ümumiyyətlə mahnı oxumaqda məqsədim o deyil ki,  müğənni olum, toylara gedim. Sadəcə bəstələdiyim mahnını özüm də oxumaq qərarına gəlmişəm. Mahnı oxumağa bir hobbi kimi yanaşıram. İfalarımdan ibarət yeni albom çıxartmaq niyyətindəyəm. Artıq həmin albom üçün bir neçə mahnı oxumuşam. Onlardan ən sonuncusunu əməkdar artist Sevda Ələkbərzadə ilə “Gözlərimi bağla” adlı bəstəmi duet oxumuşuq. Bu duet də dinləyicilər tərəfindən sevildi. Qarşıda daha bir neçə mahnılar var. Düşünürəm ki, sonda gözəl bir albom ərsəyə gələcək”.

“Milli kimliyin formalaşmasında milli dəyərlərin rolu”

25 Oktyabr 2016 17:22

“Azərbaycanda qeyri-sabitlik yaratmaq istəyində olan, dindən sui-istifadə edən, qarmaqarışıqlıq, məzhəblərarası ziddiyyətlərə hesablanan təkfirçiliyin qarşısını almaq üçün dövlətimizlə çiyin-çiyinə dayanmalı, dövlətçilik maraqlarımızı müdafiə etməliyik”.

Baden Baden sığorta forumunda “Azərbaycan Gecəsi” keçirilib

25 Oktyabr 2016 17:19

Almaniyanın Baden Baden şəhərində sığortaçıların ənənəvi illik forumu çərçivəsində oktyabrın 23-də “Azərbaycan Gecəsi” keçirilib.

“ƏDƏBİYYAT: Nəsillərin vəsiyyəti” layihəsinin ilk tədbir keçirildi

25 Oktyabr 2016 17:17

Gənc fəal Günel Süleymanova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “ƏDƏBİYYAT: Nəsillərin vəsiyyəti” layihəni icra edir.

Orta məktəblərdə I sinfə başlayanlarla məzunlar arasında 50 min nəfər fərq olur

25 Oktyabr 2016 17:15

“Hər il Azərbaycanda birinci sinfə başlayan şagirdlərlə XI sinif şagirdlər arasında təxminən 50 minə yaxın fərq müşahidə olunur”.

Prezident İlham Əliyev: "Biz neftin qiymətlərini unutmaq əzmindəyik"

25 Oktyabr 2016 17:12

Biz neftin qiymətlərini unutmaq əzmindəyik. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

Xorvatiya ilə strateji tərəfdaşlığımız enerji sahəsini də əhatə edəcək

25 Oktyabr 2016 17:09

Oktyabrın 25-də Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçbiznes forumda iştirak ediblər.

Daha bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib

25 Oktyabr 2016 17:06

Oktyabrın 25-də Ağsu rayonunun Hacman, İmişli rayonunun Nurlu, Zərdab rayonunun Məlikli və Burunlu kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, 98 abonenti olan Ağsu rayonunun Hacman kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 5297 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 98 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzTU-da növbəti təqdimat

25 Oktyabr 2016 17:04

Azərbaycan Texniki Universitetində professional IT təlim mərkəzlərindən biri olan “Network Training Center”ın təqdimatı keçirilib.

Baş Qərargah rəisi Almaniyaya gedib

25 Oktyabr 2016 17:03

Almaniya Federativ Respublikasının Vizbaden şəhərində "Varşava sammiti və sonrakı dövr" mövzusunda Avropa orduları komandanlarının konfransı keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycanı bu konfransda Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təmsil edir. NATO-nın üzvü və tərəfdaşı olan bir sıra ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin, eləcə də Alyans hərbi strukturlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə Avropadakı sabitliyə və təhlükəsizliyə olan təhdidlərin aradan qaldırılması üçün Silahlı Qüvvələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi, uyarlılıq səviyyəsinin artırılması, informasiya mübadiləsi, təhlükəsizliyin təmin edilməsi üzrə yeni yanaşmalar və digər mövzulara dair məruzələr dinlənilirək müzakirələr aparılır.

Ermənistanın növbəti siyasi tərbiyəsizliyi

25 Oktyabr 2016 17:00

ATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevanda olarkən bildiriblər ki, Ermənistanın yeni hökumətinin proqramına belə bir prinsip daxil edilib: “bir qarış da olsun torpaq geri qaytarılmayacaq.

Akif Çovdarov aclıq aksiyasına başlayıb

25 Oktyabr 2016 16:47

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi həbsdə olan rəisi Akif Çovdarov aclıq aksiyasına başlayıb.

SON DƏQİQƏ: "British Airways" sərnişin təyyarəsində TƏŞVİŞ

25 Oktyabr 2016 16:45

"British Airways" təyyarəsi böyük bir faciədən xilas olub.

BDM Belarusda silsilə tədbirlər keçirib

25 Oktyabr 2016 16:37

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Belarusiyada silsilə tədbirlər həyata keçirib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirlər Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub. İlk tədbir Yanki Kupala adına Qrodno Dövlət Universitetində keçirilib.