Gündəm
Prezident: Azərbaycan-Xorvatiya əlaqələri Avrasiyada sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək
Azərbaycan-Xorvatiya münasibətləri Avrasiya məkanında sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək.
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib
Bu gün millət vəkili Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
Ermənilər: "Rusiya Bakıya üz çevirib, bizi it yerinə qoymur"
Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesində Türkiyənin konstruktiv rol oynaya biləcəyini düşünürük. Türkiyə belə addım atmaq fikrinə düşərsə, Rusiya Ankaranın qərarını alqışlayar.
Zabrat sakinindən heroin götürülüb
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zabrat qəsəbə sakini Sərvər Hüseynovdan 0,397 qram heroin götürülüb. DİN-dən verilən məlumata görə, onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 510 qram heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan araşdırmaıar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Saatlıda qaçırılan maşın Hacıqabul-Horadiz yolunda saxlanıb
Oktyabrın 24-də Saatlı şəhərindən şəhər sakini Vüsal Muradova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, avtomobil həmin gün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunun 101-ci km-də saxlanılmış və onu idarə edən Mustafabəyli kənd sakini Davud Şəmmədovla birgə Saatlı RPŞ-yə təhvil verilib.
Anbarı qarət edənin qolları qandallanıb
Paytaxtda oğğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Bakı şəhər sakini Nicat Əliyevə məxsus anbardan tekstil malları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rafayel Talıbov və Ağdam rayon sakini Ramin Səfərov tutulublar.
Evdən qızıl aparan qardaşlar ələ keçib
Oktyabrın 24-nə keçən gecə Bərdə şəhərində yaşayan Sandıx Ələkbərovanın evindən qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ülvi İsmayılov və qardaşı Babək saxlanılıb.
Hacıqabulda qoyun oğrusu tutulub
Hacıqabul rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də rayon sakini Rəsul Xəlilova məxsus yardımçı təsərrüfatdan 8 baş qoyunu oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərzalı Aydınov tutulub. Araşdırma aparılır.
Seçki saxtakarlığından Ağ Evə gedən yol
Birləşmiş Ştatlar seçiciləri Ağ Evi növbəti müddətə idarə edəcək şəxsi müəyyənləşdirmək astanasındadır. Məlum olduğu kimi gələn ay okeanın o tayında prezident seçkiləri keçiriləcək və Amerika seçiciləri Obamadan sonrakı Ağ Ev rəhbərini seçəcəklər. Göründüyü kimi bu dəfəki seçkilərdə əsas mübarizə Donald Trampla Hillari Klinton arasında gedir.
Nazir müavini: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəzi rəsmiləri ciddi qanun pozuntularına yol verib"
"2015-ci ilin sonlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan yoxlamalar nəticəsində ayrı-ayrı rəsmi şəxsləri tərəfindən ciddi qanun pozuntularına və maliyyə saxtakarlığına yol verildiyi üzə çıxıb. Təəssüflər olsun ki, baş verən hadisələr nazirliyin qurumlarının maliyyə və təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib, müəssisələrin gəlirliliyi aşağı düşüb və müəssisələr borcla işləmək məcburiyyətində qalıb". "APA-Economics" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.
Mağarada gizlənən PKK terrorçusu belə tutuldu - Əməliyyatın VİDEOsu
Türk Silahlı Qüvvələrinin Şırnakdakı Düğün dağı bölgəsində həyata keçirdiyi əməliyyat zamanı 2 PKK üzvü öldürülüb, biri isə yaralı halda ələ keçirilib.
Eldar Mahmudov Akif Çovdarovun cinayət işi üzrə dindirilməyib
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin barəsində olan cinayət işi üzrə şahidlərin siyahısında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı yoxdur.
Azərbaycanda yaxşı inkişaf var, amma görüləcək işlər də çoxdur
Azərbaycanda yaxşı inkişaf var, amma görüləcək işlər də çoxdur. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.
Xorvatiya prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 25-də başa çatıb.
Xorvatiya prezidenti İçərişəhərdə olub
Azərbaycana rəsmi səfərə gələn Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç səfər çərçivəsində İçərişəhərlə tanış olub.














