Xorvatiya prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 25-də başa çatıb.
25 Oktyabr 2016 17:32 SiyasətXorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 25-də başa çatıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31