Seçki saxtakarlığından Ağ Evə gedən yol

Birləşmiş Ştatlar seçiciləri Ağ Evi növbəti müddətə idarə edəcək şəxsi müəyyənləşdirmək astanasındadır. Məlum olduğu kimi gələn ay okeanın o tayında prezident seçkiləri keçiriləcək və Amerika seçiciləri Obamadan sonrakı Ağ Ev rəhbərini seçəcəklər.  Göründüyü kimi bu dəfəki seçkilərdə əsas mübarizə Donald Trampla Hillari Klinton arasında gedir.

Dünyaya demokratiya dərsi keçən Vaşinqtonun qeyri-demokratik oyunu

Birləşmiş Ştatlar seçiciləri Ağ Evi növbəti müddətə idarə edəcək şəxsi müəyyənləşdirmək astanasındadır. Məlum olduğu kimi gələn ay okeanın o tayında prezident seçkiləri keçiriləcək və Amerika seçiciləri Obamadan sonrakı Ağ Ev rəhbərini seçəcəklər.  Göründüyü kimi bu dəfəki seçkilərdə əsas mübarizə Donald Trampla Hillari Klinton arasında gedir. İstər seçkiqabağı namizədlər arasında gedən qızğın mübarizə, istərsə də seçkiyə olan həm daxili, həm də beynəlxalq diqqət  onu deməyə əsas verir ki, bu dəfəki seçkilər Amerika tarixində ən yadda qalan seçkilərdən olacaq. Eyni zamanda noyabr seçkiləri Amerika siyasəti ilə bağlı bir çox gizli mətləbləri də üzə çıxaracaq. Daha dəqiq desək son bir neçə seçkilərdə gündəmə gələn, ancaq maksimum dərəcədə ört-basdır edilməyə çalışılan seçki saxtakarlıqlarını. Məlumat üçün qeyd edək ki, Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərində saxtakarlıq və qanun pozuntuları hallarına yol verilməsi barədə iddialar hələ ata Corc Buşun Ağ Evdən vidalaşmasından sonra gündəmə gəlib. Təsadüfi deyil ki, bir sıra Amerika siyasi təhlilçiləri məhz ata Corc Buşdan sonra Birləşmiş Ştatlarda demokratiya, şəffaflıq ənənələrinin tədricən məhvə doğru getdiyini söyləyirdilər. Dünyaya demokratiya dərsi keçən Birləşmiş Ştatların hər prezident seçkilərində ciddi saxtakarlığa yol verdiyi Bill Klinton və Barak Obamanın zamanında daha çox söylənilməyə başladı. Hətta Barak Obamanın birinci dəfə prezident seçilməsi zamanı ayrı-ayrı ştatlarda səsvermə günü yol verilən nöqsanlar, seçki saxtakarlıqlarını əks etdirən videogörüntülər də yayıldı. Hazırda da seçki ərəfəsində cərəyan edən proseslər belə deməyə əsas verir ki, bu dəfəki seçkilər də "sürprizsiz" olmayacaq. Hətta seçki saxtakarlığının olacağı indidən belə prezidentliyə namizədlərə bəllidir. Hər halda Ağ Evə rəhbərlik uğrunda mübarizəyə qoşulmuş Donald Trampın son açıqlamaları bunları təsdiqləyir. Məlumat üçün qeyd edək ki, Donald Tramp bir neçə gün əvvəl iddia edib ki, ölkəsində keçiriləcək bu dəfəki seçkilər ciddi saxtakarlıqla yadda qalacaq. O, bildirib ki, seçkilər Hillari Klintonun xeyrinə saxtalaşdırılacaq.  Trampın seçki saxtakarlıqları barədə açıqlaması isə Ağ Evdə son aylarını yaşayan Obama üçün şok effekti yaradıb. Obama Trampın dediklərini qəytiyyətlə qəbul etməyərək ölkəsində seçkilərin azad və ədalətli keçiriləcəyini bilıdirsə də, lakin seçki prosesini izləməyə maraqlı olan müşahidçilərin sayının getdikcə azalması onu deməyə əsas verir ki, artıq hər kəsə noyabr seçkilərinin saxtalaşdırılacağı bəllidir.  Elə bunu dəqiq bilən müşahidəçilər də vaxtlarını boş yerə sərf etmək istəmirlər.  Həmçinin son 50 ildə ilk dəfə olaraq bu seçkidə Ədliyyə Nazirliyi ölkənin ən təhlükəyə açıq hissələrinə təlim keçmiş federal müşahidəçiləri göndərməyəcək. Halbuki 2012-ci il seçkisi üçün Ədliyyə Nazirliyi 23 ştata 780 müşahidəçi göndərmişdi. Bu il isə sadəcə beş ştatda müşahidəçilər olacaq.  Hətta müstəqil ekspertlər də açıq şəkildə qeyd edirlər ki, hər zaman Amerika demokratiyasının təməli və dünyadakı bir çox ölkə üçün etalon olan Birləşmiş Ştatlarda bu dəfəki seçkilər bəzi poblemlərlə yadda qalacaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31