Daha bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib
Oktyabrın 25-də Ağsu rayonunun Hacman, İmişli rayonunun Nurlu, Zərdab rayonunun Məlikli və Burunlu kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, 98 abonenti olan Ağsu rayonunun Hacman kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 5297 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 98 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
25 Oktyabr 2016 17:06 SosialOktyabrın 25-də Ağsu rayonunun Hacman, İmişli rayonunun Nurlu, Zərdab rayonunun Məlikli və Burunlu kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, 98 abonenti olan Ağsu rayonunun Hacman kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 5297 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 98 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 126 abonenti olan İmişli rayonunun Nurlu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21198 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 501 abonenti olan Zərdab rayonunun Məlikli və Burunlu kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 58397 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 501 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.